“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur, hətta “Qarabağ” sözü də işlənilmir”.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Andranik Tevanyan Brüssel danışıqlarının yekunlarını şərh edərkən deyib.
“Əgər biz əvvəllər Mişelin “Dağlıq Qarabağ” subyekti ifadəsini işlətmədiyini, “Qarabağın erməni əhalisi” dediyini və onların hüquqları və təhlükəsizlik təminatlarından danışması barədə mübahisə edirdiksə, indi belə deyil”, - Tevanyan deyib.


Şərhlər
Deputat Tevanyanın, RFdan Vardanyanın, Ukrayna Təhlükəsizlik rəsmisi Danilyanın çıxışları, Laçın cinayətləri göstərir ki, sepatizm yuvası yuxarı Qarabağda ermənilər sakit qala bilmirlər? İlkin-doğulma insan hüquqlarına adekvat zəmanət kimi yuxarı Qarabağ Erməniləri Ermənisana köçürülməlidir və son nöqtə yalnız budur!