BİABIRÇI, BAHALI, KEYFİYYƏTSİZ, FIRILDAQÇI... – Dövlət turizm sektorunu niyə nəzarətsiz buraxıb?
“Bunun günahı birbaşa Turizm Agentliyindədir, turist şikayətini deməyə yer tapmır”
Turizm indeksi üzrə Azərbaycan hətta Ermənistandan da geridə qalır
Yay turizm mövsümünün başa çatmasına artıq sayılı günlər qalıb. Bu il də ölkənin quru sərhədlərinin bağlı qalması yay mövsümündə əhalinin böyük hissəsini yerli turizm obyektlərinə üz tutmağa məcbur etdi. Əslində, quru sərhədlərinin uzun müddət bağlı olması vətəndaşların səyahət imkanlarını məhdudlaşdırmaqla yanaşı, həm də bir çoxlarının daxili turizm sektorunda olan biabırçı vəziyyəti daha aydın şəkildə görməsinə yardımçı oldu.
Belə ki, bölgələrə üz tutan vətəndaşların əksəriyyəti hotellərdə, istirahət mərkəzlərində göstərilən xidmətin keyfiyyətindən və qiymətlərin çox baha olmasından şikayətlənirlər. Qiymətlər orta statistik azərbaycanlının imkanlarını dəfələrlə üstələyir və əksər hallarda bazar iqtisadiyyatı qanunları, tələb və təklif əsasında deyil, süni şəkildə şişirdilir. Eyni münasibət təkcə yerli turistlər deyil, əcnəbilərə də aiddir. Özü də daha əcaib və biabırçı formada...
Belə ki, bir çox populyar istirahət mərkəzlərinə üz tutan xarici turistlərin “ikili menyu siyasəti” ilə aldadılması halları kifayət qədər çoxdur. Xarici turistin məlumatsızlığından sui-istifadə edən bu istirahət mərkəzləri eyni məhsulu və xidməti yerli vətəndaşlara satdığı qiymətdən dəfələrlə bahasına xaricilərə təklif edirlər. Hətta bəzi yerlərdə “üçlü menyu” tətbiq edilərək Bakıdan, başqa rayonlardan gələnlərlə və yerli rayon camaatına fərqli qiymətlər “oxunur”. Bu yolla haqsız qazanc əldə edən istirahət mərkəzləri həm xarici turistləri narazı salırlar həm də dövlət və xalq olaraq Azərbaycanın imicinə, strateji maraqlarına ağır zərbə vurmuş olurlar.
“5 manatlıq xidməti turistə 100 manata sırıyırlar”
Bu yaxınlarda Qəbələ rayonuna istirahətə yollanan vətəndaşlarımızdan biri - Nurlan Hüseynov “AzPolitika.info”-ya bildirib ki, böyük həvəslə getdiyi istirahət mərkəzində qarşılaşdığı mənzərə onu şoka salıb: “Qəbələdə 3 gün 2 gecə istirahətdə oldum. Bu müddət ərzində təkcə 3 nəfər qaldığımız evin kirayəsi üçün 1000 manat pul ödədim. 3 gün ərzində yemək üçün ödədiyim xərc isə 500 manata yaxın idi. Qəbələdən sonra digər bölgələrə səfər etməyi planlaşdırsam da, pulum bitdiyindən 3 günün sonunda Bakıya qayıtmağa məcbur oldum”.
Paytaxt sakini Teymur İsayev isə Qəbələdə yerləşən istirahət mərkəzlərində bir çaynik çayın 10 manata təklif olunduğunu bildirir: “Əksər istirahət guşələrində vətəndaşlara adi çay verilmir. Çay dəzgahla birlikdə təklif olunur ki, onun da qiyməti 30-50 manat arası dəyişir ”.
Asəf Qurbanlı Şamaxıya 8-9 saatlıq (gecələmə olmadan) səfərin bir ailə üçün 250 manata başa gəldiyini bildirir: “Bu xərc aşağı-yuxarı bütün ölkə üzrə eyni qiymətdə qərarlaşır. Əgər səfərinizə gecələmə də daxildirsə, əlavə olaraq 100-150 manat xərciniz çıxacaq”.
Tural Rəhimovun sözlərinə görə, Şamaxıda yerləşən “Sakit göl” istirahət mərkəzində hotelin bir günlük qiyməti 200 manatdan başlayır: “3 nəfərlik bir ailənin günlük yemək xərci minumum 300 manata başa gəlir. Kababın bir şişi 10 manatdan başlayır, adi su 5 manat, salat 10 manatdır. Həmçinin, bu istirahət mərkəzinə giriş adambaşına 20 manatdır”.
Zahid Əliyev isə Qəbələdə yerləşən istirahət mərkəzlərindən birində xarici turistlərə qarşı demək olar ki, soyğunçuluq edildiyinin şahidi olub: “Qəbələdəki istirahət mərkəzində adi suyu belə xarici turistə dəfələrlə baha qiymətə satırlar. 5 manatlıq xidməti turistə 100 manata sırıyırlar. Bu cür istirahət mərkəzlərində menyu təqdim olunmadığından, sahibkarlar müştərilərdən istədikləri məbləğləri tələb edə bilirlər”.
“Azərbaycana gələn turistlərin 15 faizi ölkəni narazı tərk edib”
Dövlət Statistika Komitəsinin(DSK) cari ilin ilk 4 ayına nəzərən açıqladığı məlumatlara görə, turizm sektorundan ən çox narazı qalanlar ərəb turistlər, avropalılar, ruslar və britaniyalılardır. Məlumatda bildirilir ki, ilk 4 ay ərzində Azərbaycana gələn 220 min turistdən 187 min nəfəri onlara göstərilən xidmətlərdən razı qalsa da, 32,5 min nəfər göstərilən xidmətləri qənaətbəxş hesab etməyib. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8 faiz təşkil edib. Turistlərin narazı qaldıqları sahələr isə nəqliyyat, yerləşmə, restoranlardakı vəziyyət və bələdçi xidməti olub. Araşdırmalara görə, avtobus xidmətindən ümumilikdə 4800 nəfər narazı qalıb. Bu xidmət üzrə ən çox narazı qalanlar Rusiya vətəndaşlarıdır (1 467 nəfər). Avtobuslardan narazı qalanların 954-ü Türkiyə, 491 nəfəri isə İran vətəndaşları olub. Səudiyyə Ərəbistanı (188 nəfər), Gürcüstan (124) və Ukraynadan (126 nəfər) olan turistlər də avtobusların işindən narazıdırlar.
Taksi xidmətindən ən çox türk turistlər narazı qalıb. Belə ki, 7400 narazı turistin 914 nəfəri taksi xidmətini qənaətbəxş hesab etməyib. Bu xidmət üzrə ikinci sırada Rusiya (8 min narazı turistdən 882 nəfəri taksi xidmətindən narazıdır), üçüncü sırada isə İran turistləri (423 nəfər) qərarlaşıb.
Qeyd edək ki, turistlərin ən çox narazı qaldığı sahələr restoran biznesi olub – ölkədən narazı gedən 32,5 min turistin 8,4 mininin kefini restoranlar korlayıb. Bu sahədə sayca ən çox narazı olanlar - Rusiya (2000), Türkiyə (1800) və İrandan (1 142) olan turistlərdir. Restoranlardakı xidmət ukraynalı turistlərin də ürəyincə olmayıb (239 narazı turist). Səudiyyə Ərəbistanı, Gürcüstan, BƏƏ, Küveyt turistləri də restoranlardan ən çox narazı qalanlar sırasındadır.
Qeyd edək ki, bunlar DSK-nın rəsmi açıqlamaları olsa da, bu statistikanın necə, hansı şəraitdə aparıldığı məlum deyil. Odur ki, onun obyektivliyi ciddi şübhə doğurur. Çünki yerlərdəki vəziyyət turizm sektorundan narazılığın dəfələrlə artıq olduğunu deməyə əsas verir.
Turizm üzrə mütəxəssis Vüqar Quliyev yerli mediaya açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı olması ölkəyə gələn turist axınına ciddi maneə törətmir: “Sərhəd açılanda insanların çoxu Türkiyə və Gürcüstana üz tutur. Xaricilər isə Azərbaycana gələndə çox keyfiyyətsiz xidmətlə qarşılaşırlar. Birincisi, nəzarət yoxdur, qiymətlər çox fərqlidir, bəzi turistlər bu sarıdan problem yaşayır. İkincisi, otelləri yoxlamadan pul alıb, ulduz verirlər. Dünya ölkələrindən fərqli olaraq, bizdə könüllü şəkildə bələdçilik etmək istəyənlərə şərait yaradılmır. Turizm Assosiasiyası bələdçidən sertifikat üçün ayda 100 manat alır. Bir növ rüşvət kimi. İstedadlı, savadlı, ölkə tarixini bilən bələdçilər var, amma onlara şərait yaradılmır”.
“Turist Bakı ilə müqayisədə görür ki, qiymət Qəbələdə bahadır, aldadıldığını başa düşür. Bu isə turistdə Azərbaycan haqqında yanlış məlumat formalaşmasına səbəb olur. Bunun günahı birbaşa Turizm Agentliyindədir. Kiçik turizm şirkətlərini düzgün məlumatlandırmaq, onlara lisenziyaları düzgün şəkildə təyin etmək, sığortalamaq lazımdır. Gürcüstanda turizm şirkətlərinə çox böyük dəstək var. Azərbaycanda isə bunu görmürük. Turla bölgələrə gedən turist restorandan narazı qalırsa, ya da turizm şirkəti ilə problem yaşayırsa, şikayətini deməyə yer tapmır. Şikayət etsə belə, ortada heç bir nəticə olmur. Turisti görüb avtomatik qiyməti qaldırırlar. Turist də narazı qalır. Yadınızdadırsa, hindistanlı turist Hava Limanından Bakının mərkəzinə taksi ilə 800 manata gəlmişdi. Belə şeylərə də Agentlik nəzarət etməlidir”,-deyə ekspert bildirib.
Dünya reytinqində 63-cü, Cənubi Qafqazda sonuncu
Dünya İqtisadi Forumu (WEF) Səyahət və Turizmin İnkişafı İndeksininin açıqladığı məlumatlara görə, 2021-ci ildə Azərbaycan turizmi daha 4 pillə geriləyərək, 63-cü sırada qərarlaşıb. Qeyd edək ki, 117 ölkənin yer aldığı dünya reytinqində ilk beşliyi - Yaponiya, ABŞ, İspaniya, Fransa və Almaniya tutub. Hesabatda əsas diqqət çəkən məqam isə odur ki, Azərbaycan turizm sahəsində Cənubi Qafqaz regionunda sonuncu yerdə qərarlaşıb. Müvafiq sıralamada Ermənistan 61-ci, Gürcüstan isə 44-cü yeri tutur. Gürcüstanda turizmin az-çox inkişaf etdiyi məlumdur. Ancaq turizm indeksi üzrə Azərbaycanın Ermənistandan geridə qalması qəbulolunmaz və biabırçı haldır.
İqtisadçı Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, turizm sahəsində baş verən problemlərin bir neçə səbəbi var: “Əslində, bu sahədəki problemin kökü inhisarçılıqla bağlı deyil. Bəli, dövlətin özünün maliyyələşdirdiyi və məmurlara məxsus 5 ulduzlu hotellər var və onların bir çoxunun ziyanla işlədiyi hər kəsə məlumdur. Ancaq hər kəs bölgələrdə hotel aça və ya öz evini hotelə çevirə bilər. Əsas məsələ bu sahədə rəqabətsiz bir mühitin olmasıdır. Turizmin inkişafı adına atılacaq ilk addım quru sərhədlərinin açılması ola bilər. Gediş-gəliş rahatlaşmalı, AZAL-ın bilet qiymətləri ucuzlaşmalıdır ki, ölkəyə gələn turistlərin sayında artım baş versin. Ölkəyə gələn turistlərin sayı artdıqca tələb-təklif qanunu işə düşəcək. Kiçik hotellərin sayı artacaq və rəqabətli bir mühit formalaşacaq”.
İqtisadçı bildirib ki, turizm sektorunda qiymətlər hansısa formada tənzimlənmir: “Xarici ölkələrdə də turizm sektoru bu formadadır. Məsələn, yanaşı hotellərin birində təklif olunan otağın qiymət 100 manatdır, digərində isə 5 manat. Bunu sahibkar özü müəyyənləşdirməlidir. Azərbaycanda da dövlətin hansısa formada qiymətlərə təsir etmək mexanizmi yoxdur. Ancaq dövlətin borcudur ki, bu sahədə rəqabətli bir mühit yaratsın. Hesab edirəm ki, atılacaq addımlar daha çox idarəetmə və rəqabətli mühitin formalaşmağına xidmət etməlidir”.
Azərbaycana 6 ayda gələn turist sayı Gürcüstana bir ayda gəlir
Dövlət Turizm Agentliyinin məlumatına görə,cari ilin ilk 6 ayı ərzində Azərbaycana 832186 min əcnəbi gəlib. Bu rəqəmləri Gürcüstanın statistik göstəriciləri ilə müqayisə etdikdə Azərbaycanın turizm sektorunda qonşu ölkədən nə qədər geri qaldığını görmək mümkündür. Belə ki, statistik məlumatlara əsasən, təkcə iyul ayında Gürcüstana 714 minə yaxın turist səfər edib. Bu rəqəm Azərbaycanda həmin turizm ayı üzrə heç 200 min nəfərə çatmır. Ölkəyə gələnlərin təxminən 60,2 min nəfəri Rusiyadan gələnlərdir. Səudiyyə Ərəbistanından 26,9 min,Türkiyədən 22,6 min, İrandan 13,5 min və Pakistandan 7,3 min nəfər ölkəmizə səfər edib.
İqtisadçı-ekspet Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, bu sahəyə Dövlət Turizm Agentliyi nəzarət etsə də, problemlərin həlli konkret bir strukturun tənzimləmələri ilə müəyyənləşə bilməz: “Buradakı problemlərin həlli ilə dövlət ümumi şəkildə məşğul olmalıdır. Turizm ölkəyə giriş-çıxışdan, təyyarə qiymətlərindən, quru sərhədlərindən, ölkədə turizmə dəstək verən yan xidmətlərin inkişafından, cəmiyyətin bu məsələyə yanaşma tərzindən asılıdır. Turizm paralel olaraq yan sahələrə təsir edir və bundan özü də təsirlənir. Ona görə də turizm sektoruna hökumətin kompleks yanaşması vacibdir. Təkcə hotel, restoran tikməklə ölkəyə turist cəlb edəcəyimizi düşünməməliyik. Çünki ölkəyə gələn turist öz marşurut xəttini müəyyənləşdirərkən, gedəcəyi ölkədə sərnişindaşıma, hotel, iaşə obyektlərindəki vəziyyəti, cəmiyyətin turistə münasibətini və turistlərə verilən azadlığı da nəzərə alır”.
“Biz Gürcüstanla Azərbaycan turizmini müqayisə edərkən nəzərə almalıyıq ki, Gürcüstan turizmi daha azad bir mühit üzərində qurulub. Gürcüstanda turistin bir çox azadlıqları var. Məsələn, Gürcüstanda kazinoların fəaliyyətinə icazə var, həmçinin narkotik vasitələrin müəyyən formlarından da istifadə mümkündür. Bu cür əyləncə məkanlarında istirahət azadlığının təmin olunduğu ölkələr hər zaman turistlərin marağına səbəb olur. Məhdudlaşdırıcı vasitələr tətbiq olunan zaman turist təbii ki, ölkəyə gəlməyəcək. Bu gün qlobal turizm bazarında ciddi rəqabət mühiti formalaşıb. Azərbacan təbiətinə görə nə Türkiyədən nə də Gürcüstandan gözəldir. Düşünürəm ki, kifayət qədər problemlərin olduğu turizm sektorunda müəyyən məsələlər öz həllini taparsa, bu, turizmin inkişafına müsbət təsir göstərə bilər”,-deyə ekspert bildirib.
Sonda qeyd edək ki, bu cür qiymət siyasətinin və keyfiyyətsiz xidmətin ölkəyə turist axınını kəskin azaldacağı və Azərbaycanda turizm sektoruna böyük zərbə vuracağı şübhə doğurmur. Bunun qarşısını almaq üçün müvafiq dövlət orqanlarının təsirli addımlar atması vacibdir. Turizm obyektlərində vaxtaşırı monitorinqlərin həyata keçirilməsi, turistlərin şikayətlərini dinləmək üçün “Qaynar xətt”in yaradılması və sair belə tədbirlər bu sahədəki özbaşınalığın və soyğunçuluğun qismən də olsa qarşısını ala bilər...
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Hansı dövlət idarəsinə dövlət nəzarəti var? Sadəcə onlara tas qoyulub və özbaşına buraxılıblar.
Baykot etməli.Kəndə-kəsəyə üz tutmaq lazımdır.Gərək şərtdirki belə murdar yerlədə yeyib içəsiniz ay millət.İstirahətə gedənlərin 99%-i elə kənd adamlarıdır.Qayıdın kəndinizə.
yaxşı olar ki, dövlət heç nəyə girişməsin.
Meselik parkinda Black Burger deyilen yer var orda deyirem mene kassa ceki ver deyir card to card ele.Qax getmishem istrahete deyirem cek ver deyir bilirsen kimindir.Deyirsiz turizm Relax hoteli yaddiniza salin Dovlet memirlarini qapidan qovmushdular.Ne sakit gol ne de o birisi vergi odeyirler guya .Qepik qurush odeyirler budceye .Amma ayda en qeder pul verirler rusvet kimi
Bank hesabi vererdiniz zehmet olmazsa. Yeqin serhleri derc etmek ucun sizde nese umursunuz
Yazırsınız ki, "Azərbaycana 6 ayda gələn turist sayı Gürcüstana bir ayda gəlir Dövlət Turizm Agentliyinin məlumatına görə,cari ilin ilk 6 ayı ərzində Azərbaycana 832186 min əcnəbi gəlib." 832186 min böyük rəqəmdir. Bu, 832 milyon 186 min deməkdir. Burada ya "min" sözü işlədilməməli, ya da 832 rəqəmindən sonra yazılmalıdır.
Bizim gözəl öıkədə nə qədər ki rüşvətxorluq var, o qədər də işlər düzəlməyəcək!
.. elaqelerinin semeresine vezifeye getirilen sedr fuad nagiyev ve onun eziz, sevimli, dostu, turizm ve medeniyyet sahesiyle hec bir elaqesi ve tecrubesi olmayan agdamli hikkeli birinci muavini azada huseynova turizme tapsiriqla rehberlik etdikde netice nece olmaliydi? Burada esas muqessir saraydaki katiblikdir. Herkesin gelecek bir vaxti var! Vaxt en sessiz mişardir! Sutun yazarini tebrik edirem.
Reallığı əks etdirən bu yazıdan sonra Azərbaycana turist "axını" başlayacaq.
SF Travel var Demirchi Plazanin 1ci mertebesinde mudrunun adi da Farxad. Olmayan firildaq qalmayib elemesin. Mushterileri aldatmagnan meshguldu. Evvel bir giymet deyirler sonra pulu alannan sonra giymeti qaldirir.
Bu yaz;lanlardan görünür ki.rüşnət yığıldığına görə özbaşınalığın qarşısını heç kim almır.Göstəriş belədir.Misal DYP şöbələri.MREO-lar,məhkəmələr,gömrük v saor....
Dövlət hansı nazirliyi nəzarətdə saxlayır ki,turizmi saxlasın?ƏSMN.Gömrük,İqtisadiyyar,Kənd Təsərrüfatı,rabitə,FHN. hansı xalqa xidmət edir?özbaşınalıq baş alıb gedir.....
Bax belə, necə deyərlər...eyləməsək özümüzə özümüz...
Dəvəyə deyirlər belin niye əyridir deyi haram düzdür ki Bizde hansı sahə normaldır ki turizm də olsun
Siz əvvəlcə gedin öyrənin görün o obyektlərin aylıq "rasxodu" nə qədərdir, onlardan nə qədər rüşvət yığırlar, sonra fikrinizi bildirin..