Menu

Türkiyənin müdafiə naziri “F-16” ilə uçuş edib - FOTOLAR + VİDEO (Yenilənib)

02.09.2022, 16:36
Türkiyənin müdafiə naziri “F-16” ilə uçuş edib - FOTOLAR + VİDEO (Yenilənib)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey dənizinin şimalında “F-16” ilə özəl uçuş edib.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Egeylə bağlı vəziyyət yenə gərginləşib. Hulusi Akar sentyabrın 2-də “Uçuş təhsili ilinin açılış mərasimi"ndəki çıxışında Yunanıstanın davranışını tənqid edib: ”Yunanıstanın özündənrazı, utanmaz davranışına hər zaman, hər yerdə cavab vermişik və bundan sonra da verəcəyik”.

Türkiyə təyyarələrinin S-300 hava hücumundan müdafiə sistemi ilə sıxışdırıldığına toxunan nazir NATO və üçüncü ölkələrin obyektiv olmasını gözlədiklərini bildirib.

Şərhlər

oxucu 2022-09-02 17:38:50

Şahin-nazirə eşq olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol