Menu

"Azərbaycanda kadr problemi var" - AMEA prezidenti

10.11.2014, 15:03
"Azərbaycanda kadr problemi var" - AMEA prezidenti

Azərbaycanda kadr problemi aradan qalxmayıb.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 90-cı illərdə üzləşdiyi problemlər bütün sahələrdə, o cümlədən elm sahəsində çətinliklər yaradıb.

Bu çətinliyin bir çox elm ocaqlarının dağılmasına gətirib çıxardığını söyləyən AMEA prezidenti, bununla belə, elmdə 2000-ci ildən etibarən yaradılan imkanlardan istifadə etməyə və kadr probleminin həllinin sürətləndirilməsinə çalışdıqlarını deyib: "Bu gün kadr problemi elmdə də, təhsildə də qalmaqdadır. Akademiyada magistratura pilləsi yaradılır. Buranı bitirənlər Azərbaycan elminin gələcək inkişafı üçün əməyə istiqamətləndiriləcəklər."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol