Menu

Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub

02.09.2022, 20:07
Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.

Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Şərhlər

Eli 2022-09-02 20:02:22

Beşer tarixi bele köksüz , nakişi,arxadan vuran,yemek yediyi qaba tüpürüb haqqı danan,qucaqda oturanda özünü “kişi hesab eden bele millet görmeyib .İnsan ne qeder alçaq gerizekalı olmalıdır ki gemşde oturub gemiçi ike dava edesen.Allah bınların kökünü kessin ki nece de her yere metazdaz veribler.

t.ədalət 2022-09-02 19:38:42

Atəş davam edirsə müharibə labüddür.Görünür,ermənilər susmaq istəmir.Həm də Putin onları dinc dayanmağa qoymur.Azərbaycanın bir yolu var,o da ermənistana müharibə elan etməkdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol