Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
İstintaq hərəkətləri davam etdirilir.
***
“Mehnur” Reabilitasiya Mərkəzi ilə bağlı bir sıra faktlar ortaya çıxıb. Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, “Mehnur” Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir.
Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub.
Məşhurlar açılış mərasimində iştirak edib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanallarında çıxışlar da edib.
Əslən naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir.
Məlumata görə hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıblar.
***

“Hazırda polis əməkdaşları mərkəzdə araşdırma aparır. Mərkəzin bir neçə əməkdaşı dindirilmə üçün Nizami Rayon Polis İdarəsinə aparılıb”.
Bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib.
“Hazırda mərkəzə giriş dayandırılıb, nə uşaqlar, nə də valideynlər içəri buraxılır. Bildirilir ki, uşaqlara işgəncə verən mərkəzin Aytac adlı əməkdaşı olub. Məlum video yayılandan sonra isə bu gün səhər saatlarında bir qrup valideyn mərkəzə gəlib. Valideynlərlə mərkəz əməkdaşları arasında qarşıdurma baş verib”, - deyə o qeyd edib.
***
Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.
* * *
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib. Bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb.
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Report”a bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb:
“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.
Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı daha bir dövlət qurumu reaksiya verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Mətbuat xidmətindən "Report"a bildirilib ki, bununla bağlı Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb:
"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: "Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq"

Şərhlər
Uşaq evleri, valideyinsiz qalan yetim uşaqlar üçün ayrılan sığınacaqlar özel ve dövlet bağçaları hamısında monitoring keçirilmelidir. Direktorlar ve müellimeler, terbiyeçi ve xidmetçiler pisixoloji müsabiqeden keçirilmelidir. Yoxsa ki, 10-15 ilden sonra küçelerde rahat geze bilmeyeceyik. Artıq son 10 ilde yeterince vampir ordusu yetişin. Tecili tedbirler görülmelidir
O YƏQİN NAXÇIVANDA YAŞAYAN ERMƏNİLƏRDƏNDİR,ADFINI FAMİLİNİ R.MEHDİYEVİN VASİTƏSİ İLƏ DƏYİŞİB İNDİ BAKIDA AT OYNADIRLAR.
Mələk üzlü şeytanlar....
Allah hidayət versin, islah eləsin bunları. Ən şiddətli şəkildə cəzalandırılmalarını tələb edirik. Haqqını və mərhəmətin Allah tərəfindən tezliklə gəlməsi ümidilə, aləmlərin Rəbbi köməyimiz olsun.
Neçə dəfə şikayər olunsa Nigar Mənsimovanın arxası çox güclü olduģu üçün "Ümid Yeri" uşaq sıģınacaģı yoxlanılmır. Orada ola korripsiya, uşaqlara olan hər cür işgence halları mövcuddur. Təcili yoxlanılsa elə faktlar ortaya çıxacaq ki
Naxçıvanda bilirik ki millətimiz əziyyət çəkir. Yaxşı ki Türkiyə var gedib orada işləyirlər pisdən yaxşıdan. Naxçıvan klanından,Ermənistanlı klanından,Anası-Arvadı ERMƏNİ klanlardan,yəni bir qrup insanlardan söhbət gedir ki bütün məmular iş adamlar,ölkənin xalqın pulunu indiyə kimi onlar talayıblar. Yoxsa Naxçıvanlılar da bizim kimi əziyyət çəkirlər. Bəlkə də Ölkəni talayan məmurlar bizdən olmayanlardırlar. Çünki onların qanı bizim qandan olsa bunu etməzlər.
Bu millətə nə olub görəsən ?
Bizde ne logoped var nede psixolog Israile baxib oyrenmek lazimdi bilikli kadrlar yetishtirmek yixsa heresi bir yerden durub bele merkezler acir ne professionalniy podxod bedniye roditeli i ix deti
bunlarin........bunlarin valideyninin yerinde olsam bunlari tapib duntanin en bpyuk ezabini yasadaran bunlara
birinci merkezin direktoruna cinayet ishi acib hebs elamak lazimdir, sonra ishcileri hebs etmak olar.
Uşaqlara işgəncə verən bu vəhşi məxluqatlar 100 faiz erməni ilə qarşışığı olanlardır. Əsl azərbaycanlı belə vəhşiliklər edə bilməz. Yazır uşaqlar sanki erməni əsirliyindədirlər. Allah lənət etsin belə vəhşilərə, insanlıqdan anlayışı olmayan ermənidən törəyənlərə.
deyə bilərəmki kimlərsə istəklərinə nail olub--sanki bütün bəlalar naxçıvan sözündən qaynaqlanır--burdada bu xanımın naxçıvanlı olması xüsusi qabardılır--nə üçün???--sanki bu naxçıvan olmasa azərbaycan cənnət olar--bu belə deyil axı.
Belə vəhşi loqopedlərin hansı ailədə tərbiyə aldığını düşünürsən.İlahi,bunlar ermənidən də zalımdırlar!Bunları bu işə qoyanlar niyə,görəsən,nəzarətsiz qoyublar?Bu loqopedləri,təkcə işdən çıxarmaqla deyil,həm də əmək kitabçalarına əzazillikləri barədə qeydlər yerləşdirmək lazımdır.
İnsaniyyətlikdən uzaq məxluqlar! Onlara qanunla ən ağır cəza vermək lazımdır
Allah bəlasını versin belə vəhşilərin. İnsan deyillər. 100 faiz erməni ilə qarışığı var bunların. Ermənidən törəyən şərəfsizlərdir. Tüpürüm sizin şərəfinizə, ləyaqətinizə ki, körpə balalarımızla zülm və işgəncə verirsiniz. Elə bil ki, erməni əsirliyindədir uşaqlar.
"Ümid Yeri” uşaq sığınacağında da monitorinq keçirdin. Orada daha dəhşətli faktlar görəcəksiniz.
... ...
Bir sozle - Delixana!