Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov bəyan edib ki, Ukrayna ən vacib missiyanı yerinə yetirir. Təkcə özünün müstəqilliyini qorumaq yox, həm də uzun illər boyu Rusiyanın əzdiyi müstəmləkələrin azad edilməsini həyata keçirir.
Bu barədə o, Natalya Moseyçuka müsahibəsində danışıb. Danilov qeyd edib ki, artıq dünya hazırda müşahidə edə bilər ki, bu müstəmləkələr necə «ləngər vururlar».
«Biz, başa düşməliyik ki, Rusiya 21-ci əsrdə azsaylı ölkələrdən biridir ki, onun müstəmləkələri var. Çünki bu, onların öz vaxtında ələ keçirdikləri müstəmləkələrdir - onlar insanların dilini, ənənələrini ələ keçiriblər, onlarn mədəniyyətini əllərindən alıblar, onları müstəmləkə ediblər. Orada çox sayda müstəmləkə var… Onları azad etmək lazımdır ki, bu xalqlar müstəqil olsunlar. Və o zaman artıq başqa situasiya olacaq. O zaman biz, görəcəyik ki, bu Rusiya «nə qədər qalıb» - Danilov qeyd edib.
O, xüsusilə qeyd edib ki, İçkeriyanı və Tatarıstanı nəzərdə tutur. Bu respublikalar demək olar, özlərini Rusiya Federasiyasının bir hissəsi hesab etmirlər və yavaş-yavaz «ləngər vurmağa» başlayırlar.
«Bizim araşdırmalarımız var ki, orada Rusiya ilə heç bir əlaqəsi olmayan və bunu istəməyən ərazilərin dəqiq siyahısı var… Onlar yavaş-yavaş «ləngər vurmağa» başlayırlar» - MTMŞ katibi qeyd edib.
«OBOZREVATEL»in yazdığı kimi, Danilov qəti bəyan edib ki, Rusiyanın bütün material və yanacaq resursları onların başladığı müharibədən sonra, Ukraynaya reparasiya ödəməyə yönəldiləcək.
AzPolitika.info


Şərhlər