Menu

ABŞ-da təyyarəni mağazaya çırpmaqla hədələyən pilot həbs edilib

03.09.2022, 20:40
ABŞ-da təyyarəni mağazaya çırpmaqla hədələyən pilot həbs edilib

ABŞ-da yüngül mühərrikli təyyarəni qaçıran və onu Missisipi ştatının Tupelo şəhərində “Walmart” mağazasına çırpılmaqla hədələyən şəxs saxlanılıb.

“Report” bu barədə CNN-ə istinadən xəbər verir.

“Sky News” agentliyi isə Missisipinin qubernatoru Teyt Rivsə istinadən xəbər verib ki, hadisə zamanı heç kim xəsarət almayıb.

Qeyd edək ki, səhər saatlarında təyyarə qaçıran şəxs hava maşınını mağazaya çırpmaqla hədələyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol