Menu

Həbsdəki "mahmudovçu" general "havalanıb"

04.09.2022, 00:00
Həbsdəki "mahmudovçu" general "havalanıb"

9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə prezident fərmanı ilə ləğv edilib) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev özünü ruhi xəstələr kimi aparır: o, ya bunu qəsdən edir, ya da artıq psixikası pozulub.

Bu haqda Rüfət Səfərov müəssisədəki mənbələrinə istinadən məlumat yayıb.

Özünün sosial şəbəkədəki hesabında o yazır:

"Ciddiyyətinə şübhə etmədiyim məhkumlar məlumat verirlər ki, 2015-ci ilin dekabr ayından həbsdə olan Quliyev "zon"un müşahidə kameralarının altında uzun müddət gah gülür, gah da ağlayır.

Ötən həftə əməkdaşlardan biri məhkumların yanında "Nə baş verib, Quliyev? Bayaqdan diqqət edirik, başınızı tutub ağlayırsınız. Sonra qəfil gülməyə başladınız. Gülə-gülə kimə qışqırırdınız?" sualını ünvanlayanda "Saxta qərarlar verən hakimlərə qışqırırdım, həm də gülürdüm ki, vaxt gələcək, cənab prezident hər birinizi tək-tək cəzalandıracaq!" cavabını verib.

Keçmiş dustaq yoldaşları bildirirlər ki, Elçin Quliyev bənzər davranışlar tez-tez sərgiləyir. Ola bilsin ki, hansısa psixi xəstəlikdən əziyyət çəkməyə başlayıb. Ya da düşünür ki, özünü dəliliyə qoyub, anlaqsız kimi aparmaqla azadlığını tezləşdirə bilər".

Yada salaq ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin çıxardığç hökmlə Elçin Quliyev 10 il 6 ay, onunla birgə mühakimə olunan Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə hər iki "mahmudovçu"nun rütbələri ilə bağlı da qərar elan olunub. Onların hərbi rütbədən məhrum olunması ilə bağlı ölkə başçısına təqdimat göndərilib və müvafiq qərar qəbul edilib. Hər iki məhkuma qarşı Dövlət Təhlükəsizlik Xidmətinin mülki iddiası təmin edilib.

Hökmə əsasən DTX-nın təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon 736 min 58 manatlıq mülki iddiasını təmin olunub.

General və polkovnikin əmlakları dövlətin xeyirinə müsadirə edilib.

Bildirək ki, generalın aşağıdakı əmlaklarına həbs qoyulmuşdu, hökmdən sonra müsadirə edilmişdi:

-90 TT 757 nömrəli "Mercedes BENZ GL 500”- 105 min manat 

-90 HH 757 nömrəli "Mercedes BENZ C200”- 64 min manat 

-Mərdəkan qəsəbəsində bağ sahəsi- 172 min manat 

-Ceyranbatan qəsəbəsində torpaq sahəsi- 27 min 500 manat 

-Nabranda torpaq sahəsi 12 min manat.

Əmlakları müsadirə olunan, özü isə "qırmızı zon"a göndərilən Elçin Quliyevin "havalanması" bir çoxları üçün gözlənilməz deyil.

Musavat.com

Şərhlər

Vətəndaş 2022-09-04 12:56:03

Niyə baş cinayətkar,oradakı cinayətlərlə bir başa bağlı olan Mahmudov sorğuya dəvət olunmur? Kim və nə üçün onu mühafizə edir? Niyə bu açıqlanmır?U BUna səbəb?zun müddətdir məhkəmə gedir.hələ nəticə yox!!

Rasim Quliyev 2022-09-04 12:27:29

O qeder mezlumun pulunu ograyanda haqqina girende bilmirdiki bele olacag cehenneme yokunuz aciq olsun.Ermenlerden torenenler

Azərbaycanlı 2022-09-04 10:00:51

Ozünü qoyub gicliyə,Yəqin bəhanə axtarırlar onu buraxmağa. MTN-də Mahmudovdan sonra ən əclaf adamlardan biri,bnirincisi bu idi. Bunlarda insanlıq deyilən bir hissiyyat yox idi. Qudurmuş giyenlər,məxluqlar idilər bunlar.

musa 2022-09-04 00:22:16

havalanar əllbət .mahmudov kef edir o isə icəridədir . polisdən gələnlər bütün etdiklərini mtn -cilərin boynuna yükləyib aradan cıxdılar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol