Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub.
Bu barədə "AzPolitika" Azərbaycanın Müdafiə Nazirliyinə istinadla xəbər verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Şərhlər
Biz müharibəyə başlamasaq,Putin regionda dincliyə imkan verməyəcək.Həm də işğalməramlı rus ordusunun xətti ilə bizim ərazidən daşınmaqla ermənistan ordusu silahlandırılır.