Menu

OPERATİV QƏRARGAH YOLUXMA İLƏ BAĞLI MƏLUMAT YAYDI - 3 nəfər vəfat edib

04.09.2022, 17:45
OPERATİV QƏRARGAH YOLUXMA İLƏ BAĞLI MƏLUMAT YAYDI - 3 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 476 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 815 523 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 256 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 442 aktiv xəstə var. Bu günə qədər 9 825 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 503, bu günə qədər isə ümumilikdə 7 170 036 test icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol