Menu

İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırıb

04.09.2022, 22:19
İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırıb

İran dünya nizamına təhlükədir.

APA xəbər verir ki, bu sözləri Almaniyaya səfəri zamanı İsrail Prezidenti İsxak Hersoq deyib.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerə müraciət edən Hersoq, deyib ki, nifrət qüvvələri ilk növbədə İrandan gəlir.

“İran açıq şəkildə İsraili məhv etməyə çalışır və dünya ictimaiyyəti onunla ciddi və sərt davranmalıdır”, - deyə İsrail Prezidenti vurğulayıb

Hersoq İran hakimiyyətinin etibarlı olmadığına inandığını bildirib.

“İran sübut etdi ki, ona etibar etmək olmaz. Bu ölkə dünya düzəninə təhdiddir”,- deyə Hersoq bildirib.

İsrail prezidenti vurğulayıb ki, ölkəsi ərazi bütövlüyünə dair təhdidləri qəbul etmir. Hersoq bildirib ki, İsrailin müttəfiqləri bundan sonra onun arxasında möhkəm dayanmalıdır.

Şərhlər

Camal 2022-09-05 00:43:16

murdar ermənilərin quyruğundan sallanların hamısı Dünya üçün təhlükədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol