Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərqdə, Kamçatka diyarında səfərdədir.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, o, Kamçatkanın sosial-iqtisadi inkişafına dair məsələlər üzrə müşavirə keçirəcək. Bu tədbirdən sonra Vladimir Putin Vladivostoka yola düşəcək. Dövlət başçısı orada Şərq İqtisadi Forumunda (ŞİF) iştirak edəcək və Silahlı Qüvvələrin “Vostok 2022” strateji komanda-qərargah təliminin əsas mərhələsini izləyəcək.
Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda Mayanma Silahlı Qüvvələrinin Baş komandanı, hərbi çeviriliş nəticəsində hakimiyyətə gəlmiş müvəqqəti Baş nazir Min Aun Xlayn, Ermənistanın Baş naziri Nikol Paşinyan, Monqolustanın Baş naziri Luvsannamsrayn Oyuun-Erden və Ümumçin Xalq Məclisinin üzvü, Daimi Komitənin sədri Li Çjanşu da iştirak edəcək.
Forum sentyabrın 5-dən 8-dək keçiriləcək.


Şərhlər
Bu gicbəsər deyəsən cadu elətdirmək yenə şamanların yanına qaçıb.Qanmırki sənə daha heç nə kümək edə bilməz.
Ukraynanın qorxusundan həyatını bunkerə bağlayan Putinin Uzaq Şərqə səfər etməsi real görünmür.
Bu g..... yenə cadu olunmaq üçün şamanlara üz tutub.
Çox yüksək səviyyəli dövlət və hökumət başçıları ilə görüşə oxşayır. Əsil Rusiyanın indiki durumuna uyğun gəlir. Təklif edirəm ki bizim ölkədən də Xanhüseyn Kazımlı nə göndərmək çox əla olar, qala üstünə qala yapmış olarıq. Xanhüseyn getmək istəməsə haça- paça edib sürütdəmə aparıb əlimizlə ora qoymalıyıq. Çünki Xanhüseyn zatən hara getdiyini anlaya bilmir axı...