Menu

ARDNF-in "Şahdəniz"dən gəlirləri 9 dəfəyədək artıb

05.09.2022, 16:03
ARDNF-in "Şahdəniz"dən gəlirləri 9 dəfəyədək artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 148 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,8 dəfə çoxdur.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.09.2022 tarixinə) 328 567 min dollar olub, bu da 5,75 dəfə artım deməkdir.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

Şərhlər

Kamil 2022-09-05 19:46:20

Bəs bu qrtım niyə ortada yoxdur.İnsanlar dolanacaq əziyyəti çəkir,Ölkədə hər şey hər gün bahaaşır.bəs bu artımlar kimin cibinə gedir?

Omar 2022-09-05 16:52:00

Nə olsun ki,ondan xalqa nə.Xalqin da güzaranı 9 dəfədəyək acınacaqlı hala düşüb .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol