Menu

Almaniyada qaz istehlak normasıyla verilə bilər

06.09.2022, 00:27
Almaniyada qaz istehlak normasıyla verilə bilər

Almaniyanın qaz idxalçısı “Uniper” etiraf edib ki, Rusiyanın “Şimal axını” kəməri ilə mavi yanacağın nəqlini dayandırmaq qərarından sonra şirkət qazın paylanmasını istehlak norması ilə həyata keçirməyi düşünür.

Bu barədə “Uniper”in baş icraçı direktoru Klaus-Diter Maubax məlumat verib.

O, bildirib ki, qeyd olunan məhdudiyyət mümkün variantlardan biri kimi nəzərdən keçirilir.

Xatırladaq ki, sentyabrın 2-də Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” ilə qaz təchizatının müəyyən edilmiş avadanlıqların nasazlığı səbəbindən qeyri-müəyyən müddətə dayandırıldığını elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol