Menu

TƏMKİNİ ATASININ İŞTİRAKI OLMADAN DƏFN EDİBLƏRMİŞ... - “Tərtər işi”ndə ilginc detallar

06.09.2022, 11:32
TƏMKİNİ ATASININ İŞTİRAKI OLMADAN DƏFN EDİBLƏRMİŞ... - “Tərtər işi”ndə ilginc detallar

Xəbər verdiyimiz kimi, “Tərtər işi”ndə hərbçi Təmkin Nizamioğlunun da işgəncələr nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilib. Belə ki, onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu hal təsdiq olunub.

Leytenant Təmkin Nizamioğlu Tərtərdə N saylı hərbi hissədə çalışıb. Aprel döyüşlərinin iştirakçısı olub.

Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu baş verib. Belə ki, zabit təlimdən çağırılaraq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə edilib.

2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib.

Bu zaman Təmkinin atası Nizami Quliyev dağda olub. O, yolda olduğunu, bir-iki saata evə çatacağını bildirib.

Buna baxmayaraq, Təmkinin atasını gözləməyiblər və hərbçini valideyninin iştirakı olmadan Ordubadın Darkənd kəndində dəfn ediblər. Ümumiyyətlə, dəfn prosesində tabutun açılmasına icazə verilməyib. Tabutun üzərində isə Təmkinin ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub.

Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib.

Qeyd edək ki, 2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman, bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Maraqlıdısı və təəccüblüsü budur ki, hadisədən 5 il keçsə də, kəfən çürüsə də, Təmkinin nəşi çürüməyib, əzaları yerində olub. Bunun Təmkin Nizamioğlunun atası da təsdiqləyib. (Qafqazinfo)

Şərhlər

Türk Turan 2022-09-06 17:55:29

Təmkin Nizamioğlunun nəşi əsl şəhid olduğu üçün çürüməyib. Allah Azzə və Cəllə ona rəhmət eləsin, zalımların belini qırsın, onlara lənət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz!

Aborigen 2022-09-06 15:10:35

"Maraqlıdısı və təəccüblüsü budur ki, hadisədən 5 il keçsə də, kəfən çürüsə də, Təmkinin nəşi çürüməyib, əzaları yerində olub. Bunun Təmkin Nizamioğlunun atası da təsdiqləyib. " Burada təəccüblənəcək heç nə yoxdur. ALLAH bu günahsız şəhidə rəhmət eləsin!!! Şəhid bədəni çürüməz!!! Əgər bu zülm yerdə qalsa, ört-basdır edilsə, onda ALLAH bizə heç vaxt rəhm eləməz!!! Ey müsəlmanlar, dua edin...!!!

Türk 2022-09-06 13:42:21

NƏCİMƏDDİNİN ADINI ÇƏKƏN YOXDUR. BU MİLLƏTİN QANINI ERMƏNİ KİMİ İÇƏNLƏRİN!

Eli 2022-09-06 11:55:21

Azerbaycan Ordusunda olmuş ve bu gün de xidmet edenbu milletin düşmenleri-rusa ve ermeniye cidmet edenler bir bşr tapılmalı ,onlara en ağır cezalar verilmeli onların kökğ qazılmalı ve kesilmelidir.Bunu bizden günahsız yere helak ölmuş esger ve zabitletimizin narahat ruhları teleb edir.....

Elmira 2022-09-06 11:52:26

Bu Tərtər işi bizim böyük biabırçılıqdır. Rəzalətdir. Xainlikdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol