Menu

Müharibənin altı ayında Rusiya yanacaq ixracından 158 mlrd avro qazanıb

06.09.2022, 13:13
Müharibənin altı ayında Rusiya yanacaq ixracından 158 mlrd avro qazanıb

Müharibənin altı ayı ərzində Rusiya yanacaq ixracından 158 milyard avro qazanıb.

“Report” xəbər verir ki, bu barədə müstəqil beynəlxalq təşkilat olan Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) məlumat yayıb.

Bildirilib ki, qazancın 54 %-i və ya təxminən 85 milyard avrosu Avropa İttifaqı ölkələrinin payına düşür. Bu baxımdan Rusiyaya ən çox xeyir verən ölkələr Çin (12,6 mlrd), Almaniya (12,2 mlrd), İtaliya (7,9 mlrd), Niderland (7,8 mlrd) və Türkiyədir (6,8 mlrd).

Hesablama fevralın 24-dən avqustun 24-dək olan dövrü əhatə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol