Menu

"Putin-Zelenski görüşündən əvvəl..." - Peskov Kremlin şərtini açıqladı

06.09.2022, 15:18
"Putin-Zelenski görüşündən əvvəl..." - Peskov Kremlin şərtini açıqladı

"Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski arasında görüşdən əvvəl imzalanacaq sazişlərin təməlini qurmaq lazımdır, lakin bu məsələ hələ ki, müzakirə edilmir".

"AzPolitika.info" xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Görüş xatirinə görüş heç kimə lazım deyil. Belə bir görüşün baş tutması və belə bir görüş ideyasının gündəmdə olması üçün iş görülməli, ən yüksək səviyyədə təsbit edilə bilən sazişlərin təməli qoyulmalıdır. Hələlik bu haqda heç bir söhbət yoxdur” - deyə, o bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol