Menu

“KRIM BU TARİXDƏ UKRAYNANIN NƏZARƏTİNƏ KEÇƏCƏK” – ABŞ generalı proqnoz edir

07.09.2022, 15:17
“KRIM BU TARİXDƏ UKRAYNANIN NƏZARƏTİNƏ KEÇƏCƏK” – ABŞ generalı proqnoz edir

“2022-ci ilin sonuna qədər Ukrayna Rusiya qüvvələrini fevralın 24-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hodces deyib.

O, Ukraynanın Krımı işğaldan azad edəcəyinə əmindir: “Bunun üçün sadəcə lazımi şərait təmin edilməlidir. Krım gələn ilin əvvəlində Ukraynanın nəzarətinə keçəcək. Əminəm ki, rusların döyüşmək üçün iradəsi yoxdur”.

Generalın sözlərinə görə, Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat qüvvə axtarır: “Qarşıdakı həftələrdə bizi çətin döyüşlər gözləyir. Rusiya qüvvələri daha da zəifləyəcək. Bununla belə, biz Ukraynanı lazım olan hər şeylə təmin etməliyik”.

Şərhlər

Şərhlə məndən Şərafət 2022-09-08 10:34:48

Nədən, yalnız Krım və o da uzunmüddətli iddiada? B.Hodces Ukraynanı mübarizədən azdırmaqla, qərbin Kremllə-XİN digər ərazilərin təslimi sövdələşməsindən "quş buraxır" ki, Atəşkəs Aktına imza atın?

Hodcese 2022-09-07 17:52:20

Dekabra kimi bütöv ukrayna kremlin nəzarətində olacaq feyk xəbərlər yaymıyın hodcesdə iraq və əfqanıstanda toy mərasimlərinin bombalanması üzrə əla müttəxəsisdir şərhimi verin şərəfiniz varsa

Hodcese 2022-09-07 12:34:30

2022 ci ilin sonuna kimi bütöv ukrayna kremlin nəzarətinə keçəcək bunu özündə yaxşı bilirsən birdə hodces əfqanıstan və iraqda toy mərasimlərinin bombalanmasına görə əla mütəxəsisdi

Elmira 2022-09-07 10:46:21

Ben Hodçes, təşəkkürlər!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol