Menu

Rusiyadan Ermənsitana 50 min İT mütəxəssisi köçüb - “Bu, bizim üçün milli təhlükəsizlik məsələsidir”

07.09.2022, 15:19
Rusiyadan Ermənsitana 50 min İT mütəxəssisi köçüb - “Bu, bizim üçün milli təhlükəsizlik məsələsidir”

“Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən İKT sektorunda dərin böhran baş verdi. Nəticədə xarici İT şirkətlərinin böyük əksəriyyəti Rusiyanı tərk etdi. İşsiz qalan yüz minlərlə İT mütəxəssisi də müxtəlif ölkələrə relokasiya etdilər”.

“AzPolitika.info” xəbər verir ki, bunları Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz özünün şəxsi “facebook” səhifəsində yazıb.

Osman Gündüz bildirib ki, Rusiyanı tərk edən 50 000 İT mütəxəssisi, xüsusən də proqramçılar Ermənistana relokasiya edib: “Bu barədə Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan məlumat yayıb. O, son vaxtlar Rusiyadan təkcə İT mütəxəssislərinin deyil, 20 -dən çox İT şirkətinin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb. Kerobyan hazırda Ermənistanda vergi ödəyicisi kimi, 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib”.

Ekspert xatırladır ki, bir neçə gün öncə Rusiya bazarını tərk edən tanınmış ABŞ şirkəti “NVİDİA”-da İrəvanda ofis açıb: “Bir müddət öncə “Yandex”- də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı. Beləliklə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya İT mütəxəssislərinin və şirkətlərin relokasiya prosesinin əsas mərhələsinin başa çatdığını düşünmək olar. Müşahidələrə əsasən, müharibə başlayandan bəri Rusiyadan miqrasiya edən mütəxəssislər və şirkətlər əsasən Özbəkistan, Gürcüstan, Qazaxıstan və Ermənistan bazarlarına üz tutublar. Relokasiya proseslərində Azərbaycan yer almayıb. Bildiyim qədəri ilə, bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri və İT komandalarıyla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması səbəbindən, danışıqlar uğursuz nəticələnib. Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir”.

“Hesab edirəm ki, biz on minlərlə İT mütəxəssislərin və xarici şirkətlərin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi ətarafında cidd şəkildə düşünməliyik. Fikrimcə, bununla da yaxın perspektivdə bədnam qonşumuzda yeni bir mühit formalaşacaq. Hansı ki, bizim milli maraqlarımıza heç də uyğun olmayan bir mühitdən söhbət gedir. Adi hesablamalarla proqnozlaşdırmaq olar ki, düşmən ölkə yaxın bir neçə ilə nələr əldə edə bilər. Bu məsələ bizim üçün yalnız iqtisadi məsələ olmamalıdır, bu, daha çox milli təhlükəsizlik məsələsidir”,-deyə ekspert bildirib.

“AzPolitika.info”

Şərhlər

Türk Turan 2022-09-08 00:47:13

Allah axırımızı xeyir eləsin! Yəqin ki, dövlətimiz buna biganə münasibət göstərməz, göstərsə, onda vay halımıza.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol