Azərbaycanda itkin düşən qadının meyiti tapılıb.
"Report"un əldə etdiyi məlumata görə, Abşeron rayonunda aşkarlanan meyitə baxış keçirilən zaman Ağsu sakini Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.
Daha sonra ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata görə, N.Əliyev qızının ardınca rayondan Abşerona gəlib və bu gün səhər saatlarında A.Abdullayevanı yaşadığı evdə öldürüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü A.Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.


Şərhlər
Məlumdu səbəbi.Amma hərkəs onun üçün Allah tərəfindən yazılmış həyatı yaşayır.Sən onu öldürmüsənsə demək sənə də onu öldürmək yazılıb.Deyəcəklər onda niyə onu tutublar?Qardaşım,onu tutana da onu tutmaq yazılıb.Ona görə.Bunu dərk etdiyim üçün mən heç vaxt heç kəsi qınamıram.Amma heyf.Çox gözəl xanımdı.Bax bu heyfslənməyim də yazılıb ilahidən.