FHN-də ÇƏKİLƏN İNTİM VİDEOLAR BELƏ YAYILIB... - 100 minlik şantaj + VİDEO (Yenilənib)

Hazırda həbsdə olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin sabiq köməkçisi Zaur Mirzəyevin nazirlikdəki iş otağında intim münasibətdə olduğunu əks etdirən videoların yayılmasının səbəbləri üzə çıxıb.

"AzPolitika.info" "gununsesi.info"-ya istinadən xəbər verir ki, bu, Zaur Mirzəyevin həbsindən sonra aparılan araşdırma zamanı üzə çıxıb. Belə ki, Zaur Mirzəyev bir neçə ay əvvəl iş otağındakı kompüteri paytaxtdakı təmir məntəqələrindən birinə verib. 

Kompüteri yenidən proqramlaşdıran usta orada həmin görüntülərlə rastlaşıb. Zaur Mirzəyevin intim videolarını köçürən kompüter ustası sonradan onu şantaj edib.

Məlumata görə, bu videoların gələcəkdə yayılmaması üçün Zaur Mirzeyevdən 100 min manat tələb olunub. O, bu vəsaiti vermədikdən sonra həmin görüntülər yayılmağa başlayıb. Məlumatda həmin şəxsin də həbs edildiyi deyilir.

Zaur Mirzəyevin özü və vəkili ona qarşı Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) irəli sürülən ittihamı qəbul etməyib.


635x100

Şərhlər

pornokrat 2022-09-25 23:32:03

xarici işlər nazirliyində bir.... adlı keçmiş fahişə var var, o da belə işlərlə məşğulmuş...

mm 2022-09-11 00:49:36

belə hal minimum iki dəfə də xarici işlır nazirliyində olub, nato yanında daimi nümayəndı qaya məmmədov da buna göre ishdne azad olunub.

Eli 2022-09-09 13:56:48

Göresen bu polkovnik kimi gerizekalı FHN-de neçe nefer olar.İnsan ne qeder de özünearxayın ve exlaqsuz olarmış,ele bil heyvan heyatı yaşayıb.Normal insan da iş yerinde bele ağılsuz hereketlere yol verer.Bu harda terbiyye alıb kimler buna ders ve terbiyye veribler.

vetendash 2022-09-08 19:10:00

qurbanlıq quzu tapildi.

Son yazılar