Menu

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunur

08.09.2022, 13:25
Ermənistan məktəblərində Azərbaycan dili tədris olunur

Ermənistanda yuxarı sinif şagirdləri fakültativ fənn kimi Azərbaycan dilini, eyni zamanda, Türkiyə türkcəsini seçir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, Nazirlik Azərbaycan dilini və Türkiyə türkcəsini yuxarı siniflərdə istəklərə görə, gürcü və fars dillərini isə əsas dil kimi öyrənməyi təklif edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol