“10 il ərzində Polşa ilə Rusiya arasında müharibə olacaq”.
“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Marcin Ociepa “DGP” qəzetinə açıqlamasında deyib.
Marcin Ociepa, 10 il ərzində Polşanın Rusiya ilə müharibəyə girəcəyini və bu münaqişənin üç ildən sonra başlaya biləcəyini bildirib: “Rusiya ilə müharibə riski çox yüksəkdir. Ona görə də sürətlə silahlanmalıyıq. Müharibənin tarixi Ukraynadakı savaşın nəticəsindən və Rusiya ordusunun yenilənmə müddətindən asılı olacaq”.
Məlumatda qeyd olunur ki, Polşa bu ildən müdafiə xərclərini rekord səviyyədə artırmağı planlaşdırır.
“AzPolitika.info”


Şərhlər