Menu

Ermənilərin keçirdiyi hərbi təlimlərə nə qədər qüvvə cəlb olunduğu bilindi

10.11.2014, 18:09
Ermənilərin keçirdiyi hərbi təlimlərə nə qədər qüvvə cəlb olunduğu bilindi

Noyabrın 10-da Ermənistanın Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələri və Azərbaycanın işğal olunmuş ərazisindəki separatçı hərbi birləşmələrin 10 günlük təlimləri ilə bağlı açıqlama yayıb.

“Media forum” saytının məlumatına görə, açıqlamada deyilir ki, noyabrın 6-da başlayan təlimlərə 17 mindən artıq hərbi qulluqçu, 550 artilleriya qurğusu, 250 zirehli hərbi maşın, 150 hava hücumundan müdafiə sistemi, tank əleyhinə 330 texnika, 100-ü xüsusi təyinatlı olmaqla 1300 avtomobil cəlb edilib.

Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimləri rəsmi Yerevanın hərbi-siyasi rejiminin ölkəyə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir: “Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol