Xerson vilayət hərbi administrasiyası (VHA) başçısının sözlərinə görə, bu istiqamətdə rusiyalılar əhəmiyyətli itkilər verirlər.
Rusiya hərbçiləri Ukrayna silahlı qüvvələrinin (USQ) əks-hücumundan ehtiyat edərək, yaralıları və həm də öz ailələrini Xersondan çıxarırlar. Hazırda xəstəxanalar yaralılarla və öldürülmüş işğalçılarla doludur.
Bu barədə «TSN»-ə müsahibəsində Xerson vilayət hərbi administrasiyasının başçısı Yaroslav Yanuşeviç danışıb («UNİAN»).
«Bizə məlum olan qədərində, onlar hətta öz ailələrini şəhərdən çıxarıblar. Nədən ki, hər gün daha qaynar keçir və düşmən əhəmiyyətli itkilər verir» - o, bəyan edib.
Yanuşeviç həm də danışıb ki, Xersonda işğalçılar arasında «dost atəşi» açmaq nadir hadisə deyil ki, onlar bir-birinə atəş aırlar.
«Bu yaxınlarda Xersonda, polis məktəbinin yanında çeçenlərlə «DXR»-çilər arasında atışma olub. Bir çox əsgərlər sadəcə, fərarilik edirlər» - VHA başçısı deyir.
Onun məlumatına görə, işğalçılar dərk edirlər ki, demək olar, bütün körpülər dağıdılıb, ona görə, heç yerdən kömək gözləməyə dəyməz - ümidsizlikdir.
AzPolitika.info


Şərhlər