Sentyabrın 8-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.
TƏBİB-dən bildirilib ki, iclasda “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.
Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.
Qeyd edək ki, Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.

Şərhlər
Təbrik edirik!
Xaricdə həftəlik kurslara turist kimi gedib pulla sertifikat alanlar guya xaricdə təhsil alıb?Bir onların tərcümeyi hallarına baxın Qısa müddətdə iki-üç universitet qurtarmaq.aspiranturada oxumaq.müdafiə etmək ? (guya onların müdafəsininn mövzusunda nəsə yenilik var? haməsı plaqiat,qoşma lazım v istifadə olunmayan yazılar) Yeni guya gənc nazir,icra başçılarının avtobioqrafiysı başdan ayağa qarışıqdır.Onlrın hansı həqiqi hrbi xidmətdə olub?Hamısı ordudan gizləndiriıib,fiktiv sənələr gəzdirirlər.Niyə hakimiyyət bunlara diqqət etmir?
Əhalidən zorla toplanbmış pullar özəllərə ötürülür.Özəllərdə isə nə müalicə var,nə də məsuliyyət.Poliklinikalardan göndərilmiş biçarə millət ümidsiz geri dönür,əvəzində böyük məbləğdə pullar sığortadan oraya transfer edilir..
Bunun ki heç xarici diplomu yoxdur ,təçili xaricdə qurtaran birini tapın
TƏBİB-i yaratmaqla onsuz da Şirəliyevin bərbad etdiyi səhiyyəni daha ağır hala gətirmisiniz.Bu ikii hakimiyyətlilik nədir? Bir bunu düşünən varmı AZərbaycan səhiyyə müəssisələri,dərman bazarını bu günə salmaq ən ağır cinayət deyilmi?Əhalini səviyyəli xidmətsiz qoymaq,hər xidməti əl çatmaz qədər pulu etmək,xəstəlik və ölümlərin sürətlə artmasına yol açdığı niyə hakimiyyəti maraqlandırmır.Axı bunun əsası səhiyyə təkilindəki yarıtmazlıqlardır.Bunun sübuta ehtiyacı varmı?
OMD dagilir vaxti olsa ora bir baxsin. Qessabxana ve bazardi