Menu

Blinken Kiyevdə Zelenski ilə görüşüb - FOTO

08.09.2022, 19:43
Blinken Kiyevdə Zelenski ilə görüşüb - FOTO

Kiyevdə səfərdə olan ABŞ Dövlət Katibi Entoni Blinken Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

APA-nın CNN-ə istinadən xəbərinə görə, görüş zamanı Blinken Zelenskini ABŞ-ın sonuncu təhlükəsizlik yardım tranşı ilə bağlı məlumatlandırıb

“Prezident Bayden açıq şəkildə bildirib ki, biz Ukrayna xalqını lazım olduğu qədər dəstəkləyəcəyik. Mən bu mesajı hələ də suveren və müstəqil Ukraynanın paytaxtı olan, elə bu cür də qalacaq Kiyev şəhərində bir daha Prezident Zelenski və onun komandası üçün vurğuladım”, - deyə Blinken bildirib.

Şərhlər

Eli 2022-09-08 20:57:21

Bu üç ölke-Ukrayna,ABŞ ve Böyük Britaniya Rusiyanın sonunu getirecekler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol