Menu

“HƏR KƏS TÖRƏTDİYİ ƏMƏLƏ GÖRƏ CAVAB VERƏCƏK...” – Mehdiyev şərikini hədələdi

09.09.2022, 16:17
“HƏR KƏS TÖRƏTDİYİ ƏMƏLƏ GÖRƏ CAVAB VERƏCƏK...” –  Mehdiyev şərikini hədələdi

Xəbər verdiyimiz kimi, “Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədov Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevin ünvanına müxtəlif ittihamlar səsləndirib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev “Unikal”a açıqlamasında deyib ki, bu məsələ barədə nəsə danışmaq istəmir.

“Mənim ona sözüm yoxdur. Kim nə danışır, danışsın. Əsas odur ki, mən özüm yaxşı bilirəm ki, hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs törətdiyi əmələ görə cavab verəcək”, - R.Mehdiyev ad çəkmədən Rasim Məmmədovu təhdid edib.

"AzPolitika"

Şərhlər

Culfa 2022-09-09 23:35:46

Hər kəs törətdiyi əmələ görə cavab verəcək... HAQQ SÖZƏ NƏ DEYƏSƏN?

Rəcəb 2022-09-09 18:27:27

Əvvəl özündən başlamaq vacibdir.Yalnız o zaman milləy bu hakimiyyətə bəlkə inansın.

Arif 2022-09-09 18:11:40

R.Mehdiyev , insan yalan danishanda, hormetsiz olur .

Eli 2022-09-09 15:25:02

Bu dünyanın quyruğu çox uzundur:Başqasına quyu qazan hemişe özü o quyunun daimi sakini olub.Ay kişi müellim Sen üze durmaqdan qabaq lazim idi ki başqasının haqqını yemeyesen ,bes bilmirsen ki ,Allah gec eder ancaq güc eder.Yeni her kes öz emelinin girovudur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol