Sosial şəbəkələrdə və Ukrayna mətbuatında ötən iki gündə Xarkov istiqamətindəki yaşayış məntəqələrini işğaldan azad edən əsgərlərə yerli əhalinin münasibətini əks etdirən çoxsaylı videolar yayımlanır.
“AzPolitika.info” xəbər verir ki, azad olunan məntəqələr arasında ən böyüyü olan Balakleya şəhərində sakinlərin ukraynalı hərbçilərlə görüşünün yer aldığı təsirli video paylaşılıb. “Ukrainskaya Pravda” nəşrinin yayımladığı həmin videoda sakinlərin Ukrayna əsgərlərini sevinc göz yaşları ilə qarşıladıqları görünür.
Xatırladaq ki, rəsmi Kiyev iki gün ərzində Ukrayna Ordusunun Xarkov istiqamətində işğal olunmuş ərazilərin 50 kilometr dərinliyinə qədər irəlilədiyini və Balakleya şəhəri başda olmaqla, bir neçə əhəmiyyətli yaşayış məntəqəsini azad etdiyini elan edib.
“AzPolitika.info”


Şərhlər