Professor Qulu Məhərrəmli Elm və Təhsil nazirinin bəzi müəllimlərin “şaftalı”, “anbar”, “pambıq” sözlərini yaza bilməməsi fikrinə münasibət bildirib.
"Mən buna təbii baxıram. Amma bunun əsas səbəbi son illərdə orfoqrafiya lüğətinin başına açılan oyunlarla bağlıdır. Çünki sözlərin yazılışını, deyilişini o qədər dəyişdirirlər, o qədər yeni qaydalar gətirirlər və mübahisələr açırlar ki, nəticədə tədricən dil daşyıcıları ilə dilin özü arasında böyük bir məsafə yaranır", - professor qeyd edib.
Q.Məhərrəmli deyir ki, ona görə də insanlar orfoepiya ilə orfoqrafiyanı qarışdırır: "Sözün bir “y”, yoxsa iki “y” ilə yazılmalı olduğunu dəyişik salır. Hamısı şüuraltı yaddaşda qalır. Bu, müəllimlərin suçu deyil, dilin ətrafında aparılan lazımsız proseslərdir. Hesab etmirəm ki, hansısa orta məktəb müəllimi “anbar” sözünü və ya “pambıq” sözünü yaza bilmir. Təəssüf ki, belə hal olub, olmasaydı daha yaxşıydı. Amma bunu bu səviyyədə aşkarlığa çıxartmaq, müəllimlərin səviyyə göstəricisi kimi təqdim eləmək doğru deyil. Ona görə də biz bu məsələlər üzərində düşünməliyik. Ana dilinin qaydalarına, orfoqrafiya lüğətinin mükəmməlliyinə daim diqqət yetirməliyik. Ümumiyyətlə, orfoqrafiya lüğətini eksperiment “dovşanına” çevirməli deyilik. Qaydalar qoyulub, sözlərin yazılışı da sabit olaraq lüğətdə qalmalıdır. Buna görə də bu mənada gərəksiz əməliyyatlar aparmağa ehtiyac yoxdur. Nöqsanların xeyli hissəsi ordan qaynaqlanır. Mənim mövqeyim belədir”.
Rasim
"AzPolitika.info"


Şərhlər
Sag olun professor,bax budur savadli,professional ,mentiqi fikir yuruden sexs, tehsil naziri cox gulmeli sekilde danisir,hele ustelik elmler akademiyasini da bu adamin idareciliyine veribler,cox teessufler olsun....
Keçid balini 250 baldan da aşağı salıb universitetləri tələbələrlə doldurub ordanda birtəhərinnə bitirib, tanışlıqla ya da pul alıb məktəbə yerləşdirəndə nə düşünürdülər, əcaba. Camaatın uşağınıdan kütbeyin ordusu yaratmaq üçündür müəllim.