Menu

Səməd Seyidov Qərbə meydan oxudu

12.11.2013, 13:00
Səməd Seyidov Qərbə meydan oxudu

“Biz insan haqları və demokratiya məsələlərindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunmasına imkan verməyəcəyik ”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqindən danışıb.

APA-nın məlumatına görə, S. Seyidov jurnalistlərə açıqlamasında bildirib ki, demokratiya, insan haqları, qanunun aliliyi məsələlərindən istənilən qurum tərəfindən hansısa ölkəyə qarşı alət kimi istifadə olunması düzgün deyil.

O qeyd edib ki, bu, məsələlərə dövlətə qarşı təzyiq alətinə çevrilməməlidir. Deputatın sözlərinə görə, Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatlara elan edib ki, istənilən məsələlərdə müzakirələrə hazırdır və heç bir müzakirədən imtina etmir: “Hətta heç bir tənqiddən də çəkinmirik. Amma biz xüsusilə insan haqlarından dövlətə təzyiq vasitəsi kimi istifadə olunmasının əleyhinəyik. Biz imkan verməyəcəyik ki, demokratiya və insan hüquqları məsələlərindən bizə qarşı istifadə olunsun”.

S. Seyidov Azərbaycanın normal və konstruktiv tənqiddən nəticə çıxarmağa da hazır olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol