Menu

ABŞ-dakı 11 sentyabr terror aktlarından 21 il ötür

11.09.2022, 00:32
ABŞ-dakı 11 sentyabr terror aktlarından 21 il ötür

2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.

APA terror hücumu ilə bağlı bəzi faktları təqdim edir.

Səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

Hadisənin təhqiqatı ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.

Sentyabr hadisələri terrorla mübarizədə beynəlxalq fəallığı gücləndirib. 2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar terror aktında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı yönəlib.

ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.

2002-ci il martın 11-də Ümumdünya ticarət mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulub. Bir ay ərzində Manhetten səmasına dağılan binaların simvolu olaraq iki paralel işıq sütunu ucalıb. Terror aktının onuncu ildönümündə isə “Əkiz” qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub.

2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzey fəaliyyətə başlayıb. Muzeyin əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşir. Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.

Şərhlər

dadaşyev 2022-09-11 05:32:07

O,terror-filan deyildi,MKİ-nin Buşla gizlicə razılaşdırdığı alçaq bir plan idi müsliman aləminə qarşı hücum üçün.Əldə "əsaslı fakt" olmalıydı,yoxsa bəşəriyyət ABŞ-a bir ay sonra Əfqanıstana,daha sonra İraqa qarşı hücuma görə haqq qazandırmayacaqdı.Albert Qor seçimlərdə Buşdan irəlidə olsa da belə alçaqlığa razı olmadı deyə seçkidən geri çəkildi,daha doğrusu qorxudularaq geri çəkdirildi.Vaxtilə Hitler də Almaniyadakı kommunist partiyasını darmadağın etmək üçün Reyxstaqı yandırtdırıb təqsiri kommunistlərin üstünə atmışdı.2001-ci ildə 4 təyyarə adi qaydada,pilotların da heç nədən xəbəri olmadan havaya qalxır, amma dəqiqələr sonra dördü də qəfildən avtopilot rejiminə düşür və pilotlara tabe olmayıb tamamən başqa kurs götürülrər.O kursları təyyarələrin elektron sisteminə gecəylə MKİ adamları yazmışdılar.Və təyyarələr o kursu da götürərək bəlli yerlərə çırpılırlar saniyələr içində.Elektron sistemi avtopilotdan çıxarmağa vaxt da tapammır zavallı pilotlar.Yalnızca dördüncü təyyarə bir az uzaq hədəfi vurmalıydı deyə pilotun az da olsa vaxtı olur elktron sistemə əl gəzdirmək üçün,amma təyyarə nə "sirrsə" yerə çırpılır Pitsburqdan 80 mil aralı.Sirr-filan deyil,kardeşim,Yerdən vurulur o camaatdan uzaq yerdə,izlər də itirilir. Və heç də qəribə deyil ki pilotların Yerlə heç bir danışığı yoxdu o kritik anlarda.Əlbəttə olmayacaq,axı onlar "terrorçulardır".Ba! Eləmi?Aldatdınız,bəşəriyyət də inandı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol