Menu

İsveçdə keçirilən parlament seçkilərində hakim partiya bloku liderdir

12.09.2022, 00:29
İsveçdə keçirilən parlament seçkilərində hakim partiya bloku liderdir

Hakim Sosial Demokrat Fəhlə Partiyasının qırmızı-yaşıl bloku (hakim Sosial Demokrat İşçi Partiyası, Sol Partiya və Ətraf Mühitin Mühafizəsi Partiyası) SDRP-ni dəstəkləyən Mərkəz Partiyası ilə birlikdə İsveçdə keçirilən parlament seçkilərində cüzi fərqlə öndədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu "TV4" kanalının "exit-poll" məlumatları sübut edir.

Hakim blok 50,6 %, müxalifətin sağ-liberal alyansı (Mülayim Koalisiya Partiyası, Liberallar, Xristian Demokrat Partiyası, İsveç Demokratları) 48 % səs toplayıb.

Seçki komissiyasının ilkin nəticələri Bakı vaxtı ilə gecə yarısından sonra elan edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol