Menu

Xerson və Zaporojye vilayətlərindəki “referendum”lar təxirə salındı

12.09.2022, 00:30
Xerson və Zaporojye vilayətlərindəki “referendum”lar təxirə salındı

Rusiya tərəfi Ukraynanın Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində “referendum”ların təşkili tarixini sentyabrın 11-dən noyabrın 4-nə keçirib.  Bu barədə milli telemarafonun efirində Melitopol meri İvan Fedorov məlumat verib.

Onun sözlərinə görə, yerli sakinlərin yalnız 10%-ə qədəri “referendumda” iştiraka razılıq verib.

“Digər tərəfdən də, Ukrayna Silahlı Qüvvələri və partizanların uğurlu fəaliyyətindən sonra “referendum”u təşkil etməli olan seçki komissiyalarında iştirak etmək istəyənlər yoxdur”, - deyə mer əlavə edib.

Şərhlər

RR 2022-09-12 06:39:05

O, Fedorovu ayaqinnan asacaqlar )

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol