Menu

"Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması məlumatı yalandır" - Azərbaycan MN

12.09.2022, 13:05
"Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması məlumatı yalandır" - Azərbaycan MN

"Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol