Menu

“Putinlə danışığa getməyəcəm”- Zelenski əsas məqsədini açıqladı

12.09.2022, 17:33
“Putinlə danışığa getməyəcəm”- Zelenski əsas məqsədini açıqladı

“Hazırda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq fikrində deyiləm”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “CNN” kanalına müsahibəsində deyib.

Zelenski bildirib ki, indi Ukraynanın əsas məqsədi bütün ərazilərinin geri qaytarılmasıdır: “Rusiyanın strategiyası Ukraynanın bəzi hissələrini işğal etmək, müzakirələr və razılaşmalar yolu ilə vaxt udmaq, güc qazanmaq, yeni işğallara başlamaqdır. Hazırda Ukraynanın əsas məqsədi bütün işğal olunmuş ərazilərin geri qaytarılmasıdır. Mən bilirəm ki, bəzi dövlətlər bizi “Minsk prosesinə” cəlb etməyə çalışacaqlar. Ancaq hamı başa düşsün ki, “Minsk prosesi” Rusiyaya növbəti işğaldan əvvəl istirahət etməyə imkan verəcək boş kağız parçasıdır”.

Zelenski həmçinin qeyd edib ki, o, hələlik Rusiyanın konstruktiv dialoqa girmək istəyinin olmadığını bildirir: “Bu gün yox. Mən onların konstruktiv olmaq istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunu kimin irəli sürməsi məni maraqlandırmır - o (Putin) və ya başqası. Moskva ilə danışıqlara yalnız Rusiyatəcavüzkar qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra başlamaq mümkün olacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol