Menu

Toy etmək istəyənlərə xəbərdarlıq - Menyuların qiyməti dəyişib + VİDEO

13.09.2022, 00:27
Toy etmək istəyənlərə xəbərdarlıq -  Menyuların qiyməti dəyişib + VİDEO

Şadlıq saraylarına sifarişlərin sayında azalma, qiymətində isə artım müşahidə olunur. Restoran inzibatçıları deyib ki, hazırda qiymətlərdə çox az artım var. Lakin yeni sezonda meynuların qiymətində yenidən artım gözlənilir. Onlar buna səbəb kimi isə ərzaq məhsullarının qiymətini göstərirlər.

Restoranlar arasında köhnə qiymətlə fəaliyyət göstərənlər də var. Lakin onlar hesab edir ki, bahalaşma davam edərsə menyu qiymətlərini dəyişəcəklər.

Araşdırma zamanı məlum olub ki, 30-35 manata təklif edilən menyular indi 40 manatdan başlayır. İnzibatçılar qeyd edib ki, qiymət artımı ilə yanaşı cəmiyyətdə yaranan qapanma qorxusu da sifariş sayına təsir edib.

Qeyd edək ki, iqtisadi və sosial inkişaf mərkəzindən bildirilib ki, avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74 faiz azalıb. Yeni mövsüm üçün təklif edilən menyulara əsasən isə qiymətlərdə 9-11 faiz artım var. Sentyabrın sonuna doğru isə daha da yüksək qiymət artımları gözlənilir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Şərhlər

dadaşyev 2022-09-13 08:50:54

Toy edən adam təkəbbürünü,forsunu,ədasını bir kənara ata bilsə,"camaat nə deyər" sualına özlüyündə deyə bilsə ki "ə,nə camaat,hansı camaat?Camaat birdən ikiyə mənim qeydimə qalıbmı?Camaata Patron semiçkası alım,onu yesin",onda ağlı işləyər,gəlirini çıxarını düşünər,toyu şadlıq sarayında eləməz.Sovet vaxtındakı kimi bir restoranı,kafeni bircə günlük icarəyə götürər,öz bildiyi və istədiyi kimi toyunu təşkil edər,ağız deyəni qulaq eşidər,on minlərlə pulu da cibində qalar,toya gələnlərin də o toy yadından çıxmaz,deyərlər bax o əsl toy idi.Amma şadlıq saraylarında hansı toyun digərindən fərqi var?Hamısı bir-birinin təkrarıdı.Hamı da həmişə narazıdı.Amma bizlərdə "anlamaq dərdi" deyə bir xəstəlik olduğu üçün yenə gedib toyumuzu saraylarda edirik.Vallah belə düşüncəsizlik nə almanda,nə ingilisdə,nə fransızda-filanda ola bilər.Gözəl çıxış yolun var ikən get cibinin olan-qalanını tök şadlıq sarayının enli sahibkarının cibişdanına,sonra da illərlə bank səni divara dirəsin krediti ödəmək üçün,buna küyə getmək deyərlər ki,bu ancaq şərqlilərə məxsusdu.Elə sağlam düşüncəmiz yoxdu deyə neft və milyardlar səltənətində Amerika hinduları kimi yaşayırıq da.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol