Menu

“Putinin RF Prezidenti postundan istefa verməsini tələb edirik” – Moskva və Sankt-Peterburqdan olan deputatlar

13.09.2022, 00:33
“Putinin RF Prezidenti postundan istefa verməsini tələb edirik” – Moskva və Sankt-Peterburqdan olan deputatlar

Rusiyada 18 bələdiyyə dairəsinin deputatları Putini istefaya dəvət edən tələb imzalayıblar.

Moskva və Sankt-Peterburqun 18 bələdiyyə dairəsinin deputatları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin istefasını tələb edən açıq bəyanat imzalayıblar.

Uyğun sənədi Peterburqun «Semyonovsk» dairəsinin deputatı Kseniya Torstrim dərc edib, o, imza toplamaqla məşğuldur («UNİAN»).

«Biz, Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, Prezident V.V. Putinin fəaliyyəti Rusiyanın və onun vətəndaşlarının gələcəyinə ziyan vurur. Vladimir Putinin RF Prezidenti postundan istefa verməsini tələb edirik» - bəyanatda deyilir.

Rusiyalı jurnalist Yelena Rukovtseva informasyanı təsdiqləyib və əlavə edib ki, görünür ki, işlər yenidən Piterdə baş verəcək «Böyük Oktyabr inqilabına doğru gedir».

«18 bələdiyyə dairəsinin deputatları da Smolnı BD deputatlarına qoşulublar və onlar da Putini dövlətə xəyanətdə günahlandırıblar» - o, bəyan edib.

Xəbər verildiyi kimi, daha əvvəl Sankt-Peterburqun Smolnı bələdiyyə şurası RF Dövlət Dumasını Prezident Putinə qarşı dövlətə xəyanət ittihamı irəli sürməyə çağırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol