Menu

Ermənistanın Baş nazirinin Şarl Mişellə telefon danışığı olub

13.09.2022, 12:14
Ermənistanın Baş nazirinin Şarl Mişellə telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı Ermənistan hökuməti yayıb.

Bildirilib ki, N.Paşinyan Şarl Mişelə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisə ilə bağlı məlumat verib.

Ş.Mişel regionda sülhün və sabitliyin alternativi olmadığını, gərginliyin azaldılması üçün səy göstərməyə hazır olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol