“Azərlotereya” ASC “Qazananların hekayəsi” adlı yeni layihəyə start verir. Bu layihədə şirkətin təşkil etdiyi ani lotereyalarda qalib olan şəxslərin hekayələri, qazandıqları mükafatın onların həyatına müsbət təsiri ilə bağlı məqamlar öz əksini tapir.
“Qazananların hekayələri”nin ilk qəhrəmanı Zaqatala şəhər sakini Müslümov İlqar Sabir oğludur. “Uğurlu 7” ani lotereyasında böyük uduş – 50 000 manatın sahibi olan İlqar bəy qazandığı mükafatla evini təmir etdirib.
Ani lotereya biletlərində ara-sıra şansını sınayan İlqar Müslümov uduşlu bileti qazanarkən sevincinin həddi-hüdudu olmadığını bildirib:
“Bazardan aldığım biletdə 50 000 manat qazandım. Sevincimin həddi-hüdudu yox idi. Bütün Zaqatala camaatı sevincimə şərik oldu. Evə gəlib xanımıma 50 000 manat udduğumu deyəndə inanmadı. Uşaqlarım çox sevindi, qucaqlayıb öpdülər. Xanımım da dedi ki, “günəş üzümüzə güldü”. Pulu evimizin təmirinə yatırdıq. İndi evim geniş və işıqlıdır. Biz bu evdə çox xoşbəxtik”.
Daha ətraflı videoda:


Şərhlər
Yaxşı malın reklama ehtiyacı yoxdur.Adam udubsa o artıq o lotereyanın ən güclü və yorulmaz reklamçısıdır.Bu tip reklamlar isə Amerika və Avropanın getməyən malları üçün olur və oralarda qarmağa tez gələn balqabaq tiplilər üçün nəzərdə tutulur.Özünüz baxın: yazır ki “Bazardan aldığım biletdə”.Qardaşım,hardan almağın nə mənası var?Amma yox.Konkret məkan bildirilir.Bazarlarda olanlardan biriləri deyəcək ki,filankəs də bazardan aldığında udub,mən də alım,bəlkə qismətdi.Şüraltına təsirdə qalır bu.”Sevincimin həddi-hüdudu yox idi”,artıq cümlədi.50000 udanın qəm-kədərinin həddi-hüdudu olmayacaq ki.”Bütün Zaqatala sevincimə şərik oldu”.Yəni hələ evə getmədən bütün Zaqatala bunun udduğunu bilib artıq,çünki sonra evə gedir bildirir.Adə,kim udduğunu millətə bildirər?Həm də doğma qardaş sevinməz paxıllığından,bütün Zaqatala sənə qardaşdan da yaxılın oldumu?”Evə gəlib udduğumu deyəndə inanmadılar.” Kim inanar?Gərək bileti göstərəsən ki inanalar da.Və göstərdin,demək inandılar.”Uşaqlarım çox sevindi,qucaqlayıb üzümdən öpdülər”.Dünyadakı bütün uşaqlar çox sevinəndə qucaqlayıb üzdən öpərlər.Tamamən artıq cümlədi.”Pulu evimizin təmirinə yatırdıq”.Yəni əlli mini?Təmirə?Əlli minə rayon yerində qəşəng ev tikmək olur,təmiriynən-filanıynan.”İndi evim geniş və işıqlıdır”.Yəni əvvəl dar və qaranlıq idi,lampa-filan yox idi,kerosin yandırırdı,əlli min udan kimi ev genişləndi və kerosin lampasını atıb elektrik lampasına keçdi.Evin hələ təmiri yox ikən kim evinə işıq çəkər?Təmirsiz ev qaranlıq olar da.Və son: ”Biz bu evdə çox xoşbəxtik”.Melodrama kinolarının sonluğu.İngilis demiş,”Yaxşı ki hər şey yaxşı bitdi”.Hind kinosu.Xeyir şərə qalib gəldi.Zita və Gita.Ram və Şam.Ay reklam düzüb qoşanlar,lotereyaya adam kimi uduş qoymursunuz qoymayın,daha doğrusu qoymamısınız-qoymayacaqsınız da,qoyan deyilsiniz və qoyana da oxşamırsınız,amma elə reklam edin ki oxuyanda camaat deməsin “Bunlara bax ee,elə bil uşaq başı aldadırlar”.