Menu

“Ani 50” lotereyası satışa çıxarıldı!

13.09.2022, 16:06
“Ani 50” lotereyası satışa çıxarıldı!

Daim yenilənən oyunları və artan uduşları ilə lotereya həvəskarlarını sevindirən “Azərlotereya” yeni “Ani 50” lotereyasını satışa çıxardı.

“Ani-50”nin ümumi uduş fondunun məbləği 17 159 000 AZN təşkil edir. Böyük uduşun məbləği 50 000 AZN-dir. “Ani 50” lotereyasında toplam 5 500 000 manat məbləğində 50 manatlıq uduş şansı var.

Qiyməti 2 AZN olan lotereya biletlərinin ümumi sayı 13 000 000, uduşlu biletlərin sayı isə 3 133 612 ədəddir.

Oyunun qaydalarına gəlincə, bilet üzərində “şimşək” və “mükafat” xanaları mövcuddur. Onların üzərində olan qoruyucu səthi pozduqdan sonra 3 ədəd eyni simvol əks olunarsa, bilet uduşlu sayılır və “mükafat” xanasındakı məbləğ qazanılmış olur.

“Ani 50” biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri və “Azərpoçt” şöbələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı əks olunur. Şans oyunları ilə əlaqədar daha ətraflı məlumatı azerlotereya.com/az rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Şərhlər

dadaşyev 2022-09-14 02:35:21

Uduş deyə bir şey yoxdusa adını necə istəyirsən dəyiş,alan olmayacaq.Lotoreyaların bunca reklamına verilən pulu o loiereyanın bircəciyinə qoysaydılar və bircə xoşbəxt həqiqətən də onu udmuş olsaydı ən böyük reklamı elə o bəxtəvər edəcəkdi,hər yerdə hamıya danışacaqdı.Yoxsa eşşək həmin eşşəkdi,çulunu dəyişirlər iki aydan bir.Biri 5 manatdan əlli bilet alıb 50 manat zorla udanlar görmüşəm.Alan söydü,alan tüpürdü,axırda heç kim yaxın durmadı lotereya deyilən şeyə.Belə lotereya olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol