Menu

BMT TŞ Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

13.09.2022, 21:32
BMT TŞ Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclas keçiriləcək. Bu barədə “Report”un yerli bürosuna BMT-nin Təhlükəsizlik Şurasının Siyasi Məsələlər Departamentindən Nikolay Qalkin məlumat verib.

N.Qalkin bildirib ki, iclas Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti əsasında təşkil olunacaq.

Hər iki ölkənin nümayəndəsinin iclasda iştirakı planlaşdırılır. İclasın bağlı qapılar arxasında keçirilməsi və TŞ-yə üzv dövlətlərdən gələn cavaba əsasən sentyabrın 14-də baş tutması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol