Menu

"Biz heç vaxt öz istəyimizlə İsraildən imtina etməyəcəyik” - Co Bayden

11.11.2014, 00:27
"Biz heç vaxt öz istəyimizlə İsraildən imtina etməyəcəyik” - Co Bayden

“İsrail olmasaydı, ABŞ onu uydurardı...”

ABŞ-ın vitse-prezidenti Co Bayden İsraillə Birləşmiş Ştatlar arasında soyuqluq olması barədə fikirləri təkzib edib. Musavat.com-un məlumatına görə, Merilend ştatında Yəhudi Federasiyalarının Baş Assambleyasında çıxış edən Bayden Amerika ilə İsrailin münasibətlərini iki nəfərin sevgisi ilə müqayisə edib: “Biz bir-birimizi sevirik, ancaq daim biri-birimizi dəli edirik”.

“Əgər İsrail mövcud olmasaydı, ABŞ onu uydurardı. Biz heç vaxt öz istəyimizlə İsraildən imtina etməyəcəyik” - əlavə edib vitse-prezident və bununla da Birləşmiş Ştatların yəhudi dövlətini sədaqətini diqqətə çatdırmağa çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol