Hələlik işğalçılar Xerson ətrafında öz qruplaşmalarını gücləndirməyə çalışırlar - «kadırovçular»ın 4-cü batalyonunun dislokasiyası hesabına, amma bu bölmələr əhəmiyyətli dərəcədə komplektləşdirilməyib, şəxsi heyətin böyük hissəsi isə Rusiya Federasiyasının ən kasıb bölgələrindədir.
Rusiya Federasiyasında hərbi hissələr bölmələrin Ukraynaya göndərilməsini ləğv edirlər - şəxsi heyətin döyüş fəaliyyətində iştirakdan kütləvi surətdə imtina etməsi səbəbilə.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xəbər verir («UNİAN»).
«Rusiya Federasiyasının ərazisində yerləşən hissə və birliklərdə şəxsi heyətin Ukraynaya göndərilməsini ləğv edirlər. Səbəbi - döyüş fəaliyyətindən kütləvi imtinadır» - xəbərdə deyilir.
Xüsusilə, 36-cı ordunun (Ulan-Ude) 5-ci ayrıca tank briqadasının hərbçiləri xidmətdən azad olunmaq barədə raport yazırlar - səbəb kmi, Ukraynada döyüş əməliyyatlarında iştirakdan imtina olunması göstərilir. Hərbçiləri hər-hansı güzəşt olmadan (məsələn, uzun müddət hərbi xidmətə görə veteran statusu verilmədən və s.) azad edirlər.
Eyni zamanda, Ukraynada olan briqadaların şəxsi heyətinə məzuniyyəti istisnasız olaraq, yalnız ailə vəziyyətinə görə (yaxın qohumların ölümü) verirlər. Kəşfiyyatın məlumatına görə, Ukraynada müharibədə iştirak edən bölmələrdə eyni vaxtda şəxsi heyətin fəlakətli dərəcədə çatışmazlığı müşahidə olunur.
«Problemin həlli məqsədilə işğalçı ordu komandanlığı qərara gəlib ki, hərbçilərin yaralanma və kontuziyadan sonrakı reabilitasiya dövrünü qısaltsın. Hospitallarda yaralılara məqsədli şəkildə diaqnozu sadələşdirirlər, əvvəllər planlaşdırılmış cərrahi əməliyyatları həyata keçirmirlər və Ukraynaya müharibəyə qayıtmağı təklif edirlər. Həkimlərə cərrahi əməliyyatların aparılmasına müharibədən sonra və ya yaralının komandirinin birbaşa razılığı əsasında icazə vermələrini tövsiyə edirlər» - BKİ-də danışıblar.
AzPolitika.info


Şərhlər