Menu

Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

14.09.2022, 21:02
Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Fransanın "Nant" klubunun futbolçusu Şarl Traore Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçını buraxacaq.

"Report" xəbər verir ki, malili müdafiəçi zədə səbəbindən oyunda iştirak edə bilməyəcək. Liqa 1 təmsilçisinin heyətində 30 yaşlı oyunçudan başqa, hər hansı itki yoxdur.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol