Menu

Putini kim əvəz edə bilər? - Hüquq müdafiəçisi mümkün varisin adını çəkib

15.09.2022, 00:02
Putini kim əvəz edə bilər? - Hüquq müdafiəçisi mümkün varisin adını çəkib

Rusiya diktatoru Vladimir Putini uğursuzluqlarına görə vəzifəsindən götürə bilərlər. Onun yerinə Baş nazir Mixail Mişustini qoya bilərlər.

Bu barədə rusiyalı müxalifətçi və hüquq müdafiəçisi Mark Feyqin «Pul» kanalında danışıb («UNİAN»).

«Sözsüz, bunlar Patruşev, FTX, generalların bir hissəsidir. Onlar əsasən, güc idarələrinin nümayəndələridir. Onlardır ki, başlıca qərarları qəbul ediblər. Onlar Putini inandırmağa başlayacaqlar ki, belə yaxşı olar» - o, deyir.

Onun sözlərinə görə, adları çəkilən şəxslər və strukturlar RF Prezidentini inandırmağa çalışacaqlar ki, Rusiyaya qarşı sanksiyaların bir hissəsini götürsünlər, utancverici məğlubiyyətdən qaçsınlar.

Feyqin hesab edir ki, Mişustin Putinin varisi ola bilər, o, hökumətin başçısıdır və Konstitusiyaya görə, Prezident vəzifələrinin icraçısı ola bilər. «Onlar bunu edə bilərlər» - hüquq müdafiəçisi təsdiqləyir.

Bundan əvvəl Dövlət Dumasının eks-deputatı İlya Ponomaryov bəyan etmişdi ki, əgər Rusiya Prezidenti Vladimir Putinin yerinə hakimiyyətə onun konstitusiya üzrə varisi - Baş nazir Mixail Mişustin gələrsə, o zaman o, Ukraynada döyüş fəaliyyətini dayandırmağa çalışacaq.

AzPolitika.info

Şərhlər

t.ədalət 2022-09-15 09:59:12

Mişustin də ermənidir.Yadımdadır,ermənilər Bakı təırk edəndə azərbaycanlılara ərə gedən erməni qadınları deyirdilər ki,kimə getməyimizdən asılı olmayaraq,uşaqlarımızı ermənidən doğuruq.Ona görə də,demək olar ki,Mişustin də bir erməni törəməsidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol