Menu

“Jetrva aborta”, yaxud başqa qapının iti... – Və şəhidlərimizə dil uzadanların layiq olduqları yer

15.09.2022, 00:11
“Jetrva aborta”, yaxud başqa qapının iti... – Və şəhidlərimizə dil uzadanların layiq olduqları yer

Azərbaycanın dövlət, xalq, millət olaraq bu günlərdə ağır və məsuliyyətli, ən başlıcası isə həssas dövr yaşadığı mübahisəsizdir. Həm növbəti erməni təxribatına tuş gələn və ona layiqli cavab verən, həm də bu zaman onlarla şəhidi olan və bununla yanaşı, həmişəki kimi Qərbin və Rusiyanın ikili standartları ilə üz-üzə qalan Azərbaycanın məhz belə çətin günlərdə milli birliyə və dəmir kimi iradəyə ehtiyacı var.

Ancaq təəssüf ki, belə bir məqamda bütün millətlərdə və xalqlarda olduğu kimi, bizdə də nadürüstlər, naxələflər, bişərəflər, bir sözlə, azərbaycanlı adını daşımağa layiq olmayanlar aktivləşiblər və öz çirkin missiyalarını daşımaqda davam edirlər. Ruslar belələrinə “jertva aborta” deyirlər. Yəni, vaxtında “obort” edilməli olan, lakin acı təsadüf nəticəsində edilməyən “bicbalalar”...

Adətən, belələri soysuz, nəsil-nəcabətsiz olurlar və bu səbəbdən nəinki mənsub olduqları milləti, xalqı, dövləti, həmçinin təsadüfən dünyaya gəldiyi kəndi, məhəlləni, hətta öz zatıqırıq nəslini belə təmsil etmək, onun adından danışmaq səlahiyyətinə malik ola bilməzlər...

Elə erməni təbliğatı da məhz belə yaddan çıxıb “abort” edilməyənlərin fikirlərinə istinad edir, yaxud öz efirlərinə çağırır, onları Azərbaycana qarşı hürdürürlər. Məsələn, məhəmməd mirzəli kimi tanınan və millətimizi, xalqımızı, hətta şəhidlərimizi təhqir edən soysuz kimilərini...

Bu ləyaqət yoxsulu belə ağır günlərdə erməni mediasının, kanallarının ən sevimli adamına çevrilib. Hər şeyini xarici kəşfiyyatların verdiyi tula payına satan bu canlı, olmayan abır-həyası ilə ordumuza, xalqımıza, millətimizə, şəhidlərimizə dil uzadır, ləkə atır.

Hansı ki, onun özü sərhəddə duran və vətən namusunu qoruyan Azərbaycan əsgərinin ayaqqabısının tozu belə ola bilməz. Hətta həmin ərazilərimizdə - Kəlbəcərdə, Laçında, Zəngilanda otlayan qoyun sürülərimizi qoruyan çoban itlərinin nəcisi belə mirzəlilərin cəmdəyindən dəyərli və təmizdir...

Əlbəttə ki, belələri adlarının çəkilməsinə belə layiq deyillər. Bu səbəbdən belə cılız varlıqların miskin iniltilərinə, zingildəmələrinə fikir verməmək də olardı. Lakin indiki çətin və tarixi sayıla biləcək məqamda belə ləyaqətsizlərə layiq olduqları yeri göstərmək və bizdən olmadıqlarını anlatmaq zəruridir. Qoy, onu və onun kimiləri ora-bura çağırıb hürdürənlər də bilsinlər ki, bunlar bizim qapımızın iti deyillər və onların bizə heç bir aidiyyatı yoxdur...

Təsəvvür edin ki, bu soysuz, məsələn, öz sosial şəbəkə səhifəsində Avropanı Azərbaycandan təbii qaz almamağa çağırır. Yəni, bütün sözü-söhbəti, ölüb-dirildiyi Azərbaycanın ziyanına işləmək üzərində qurulub...

Bir sözlə, bunun kimi kişi fahişələri yalnız harada, kimlərin qucağında və qoynunda yallanırlarsa, onların sözünü deyə bilərlər, bizim millətin yox! Odur ki, nə qədər istəsələr çağırıb, hürdürsünlər.

“AzPolitika.info”

Şərhlər

Elxan 2022-09-15 11:09:34

Bəhs etdiyiniz məxluq tərbiyyəsiz və əxlaqsızın biridi buna heç kimin şübhəsi yoxdu,amma sizin bu məxluqun ünvanına söylədiyiniz təhqir və ədəbsiz ifadələr,sizdə də əxlaq probleminin olmasının sübutudur.Bu və bunun kimi xainləri qandallayıb Azərbaycana gətirmək,hüquq-mühafizə orqanlarımızın 1nömrəli vəzifəsidir və inanıram ki,bu nə vaxtsa baş verəcək.

kasıb 2022-09-15 10:31:00

Kimsənsə düz demisən bunun haqqında. Ancaq gərək onu da deyərdin ki bizim neft qaz trilyonlarımızdan bu kasıb xalqa nəsə çatır ya yox. Gecə aeroportdan qaçanlar yeyirlər o pulu. Şəhidi də daxmaya gətirilir. Ata-anası olmayanı da aparmağa yer tapmırdılar.

Elmira 2022-09-15 08:25:06

məhəmməd mirzəli 100% azərbaycanlı deyil. Sadəcə azəri ad daşıyır. Onu araşdırmaq lazımdır!

MRP 2022-09-15 08:04:13

İtirəcək heç nəyi olmayandan abır gözləməzlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol