Ağdam klubu 239 komanda içində 61-ci yerdədir
UEFA 2014/2015-ci il mövsümünün ən yaxşı komandalarının siyahısını təqdim edib.
ANS-in “Qarabağ”ın saytına istinadən verdiyi məlumata görə, klubumuz 239 komanda içində 61-ci yeri tutur.
“Qarabağ” “Real Sosyedad”, “Dinamo Zaqreb”, “Lion”, “PSV” və “Krasnodar” kimi klubları qabaqlayıb.
Ümumi reytinqdə isə klubumuz Avropanın 454 komandası içində 164-cü yeri tutur.


Şərhlər