“6 MİN MANAT RÜŞVƏT VERDİ Kİ, KOMANDO OLSUN...” – Şəhidin qardaşından dəhşət saçan açıqlama; nazirlik araşdırmağa başladı

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də şəhid olmuş gizir Səbuhi Əhmədovun "Komando" xüsusi briqadasına götürülməsi üçün 6000 manat rüşvət verməsi barədə iddianı araşdırır.

Modern.az xəbər verir ki, bu barədə xəbəri “Haqqin.az” saytının rəhbəri Eynulla Fəzullayev ictimailəşdirib.

“Bir saat öncə Müdafiə Nazirliyi ilə danışdım. Şəhid Səbuhi Əhmədovun qardaşı bildirib ki, "Komando" xüsusi briqadasına götürülməsi üçün onlardan 6 min manat rüşvət alıblar. Artıq Məmmədovun qardaşı Müdafiə Nazirliyinə dəvət edilib, araşdırma aparılır. Məsələnin xüsusi diqqətdə saxlayırıq! Məncə, günün sonuna qədər ciddi nəticə olacaq!

İşin sonuna qədər gedəcəm!”, - deyə baş redaktor vurğulayıb.

Xatırladaq ki, şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dünən jurnalistlərə və blogerlərə verdiyi açıqlamada onlardan rüşvət alındığını bildirib. O deyib ki, qardaşı Səbuhi Əhmədovun "Komando" xüsusi briqadasına götürülməsi 6000 manat rüşvət istəmişdilər. Səbuhi də bankdan kredit götürüb tələb olunan məbləği ödəyib ki, “Komando” olsun. Gizir 3 gündən sonra şəhid olub.

Qeyd edək ki, Səbuhi və qardaşı Sənan Əhmədov azyaşlı olarkən ata-anaları vəfat edib. Onlar “SOS” uşaq evində böyüyblər.

635x100

Şərhlər

Vətəndaş 2022-09-16 11:59:20

Bu nazirlik ciddi təftiş olunmalı və yenidən təşkil olumalıdır....

Baba 2022-09-15 17:07:47

bunlar budurlar ...

TARIX 2022-09-15 16:07:20

ORDUMUZ MÜQƏDDƏSDİR. ONUGÖZDƏN SALMAQ,ƏKƏ VURAN İNSAN ADINI DAŞIMAĞA LAYİQ OLMAYAN ŞƏRƏFSİZLƏRƏ QARŞI ƏN GİDDİ ÖLCÜ GÖRÜLMƏLİDİR.

Cammat 2022-09-15 14:31:35

Hökumətdəki KAR qulaqlar kormusunuzmu?

Roma 2022-09-15 14:05:21

“6 MİN MANAT RÜŞVƏT VERDİ Kİ, KOMANDO OLSUN...” Allahdan Səbuhiyə rəhmət diləyirəm. Məni bir sual düşündürür ki, rəhmətlik niyə o pulu verib və nə üçün, "Komando" xüsusi briqadasına keçmək istəyib???...

Amon 2022-09-15 13:28:11

Kim o rusveti alibsa ictimaiyyete adi aciqlansa yaxsi olar.hemde alib yarisini kime veribse onu da desinler.ordumuz turk modeline uygunlasdirildigi bir meqamda bu exlaqsizligi kim edibse en agir ceza almalidi.bezi komandirler hele de rus modeliyle gedir deyesen rusvet rusvet rusvet emek haqlari artir amma yene de xain emellerinden el cekmirler

Vetendaş 2022-09-15 13:07:23

Salam, o gündən bəri Eynulla Fətullayev nə yazıbsa prokurorluq həmən saat tutuqlayıb. İndi maraqlıdır. ))

Eli 2022-09-15 11:57:48

Eger bu doğrudursa ay Allah Sen bizi bir millet kimi yer üzünden silsen yaxşıdır.Axı bu nece ola biler ölüme getmek üçün uşaq evinde böyümüş bir üşaqdam rüşvet aliıb aile saxlayasan, bele komandir,nele kişilikmi olar.Başımıza daş sal ay Alkah

Mubariz 2022-09-15 11:50:13

Deputat Etibar bu xəbəri oxumasın , şərəfsizlik budur , belə işlər ordumuzu gözdən salır , burada da yəqin «altıncı » kolonun barmağı var

t.ədalət 2022-09-15 11:37:03

pulsuz heç kimi işə götürmürlər....

Son yazılar